Antik Blaundos şəhərində Demeterin qurbangah sahəsi aşkar edilib

Uşak vilayətində Ulubey qəsəbəsindəki antik Blaundos şəhərində mifologiyada əkinçilik və məhsuldarlığın simvolu kimi tanınan ilahə Demeterin məbədində qurbangah sahəsi (qurbanların kəsildiyi dini məkan) aşkar edilib.

1750502

Böyük İskəndərin Anadolu səfərilə Makedoniyadan gələn əsgərlərin məskunlaşdığı şəhər adlandırılan və dərin dərələrlə əhatə olunmuş bir təpənin üzərində yerləşən qədim Blaundos şəhərində aparılan qazıntılar bu il Demeter məbədinin yerləşdiyi əraziyə yönəldilib.

Uşak Universiteti Arxeologiya kafedrasının müəllimi, Professor Doktor Birol Canın rəhbərliyi ilə aparılan araşdırmalar zamanı mifologiyada əkinçilik, taxıl və məhsulu simvolizə edən ilahə Demeter məbədinin həyətində qurbangah sahəsi tapılıb.

Qazıntı heyəti tərəfindən tapıntının ətrafında aparılan araşdırmalar zamanı Bizans dövrünə aid sayılan sisternə çatılıb.

Әlaqәli Xәbәrlәr