"Qoz ağacı" filmi Nyu-Yorkda daha iki mükafata layiq görüldü

Bir çox milli və beynəlxalq festivallarda mükafatlar qazanan “Qoz ağacı” filmi müxtəlif ölkələrdə festivallarda uğurlar qazanmağa davam edir.

1748305

Yeni növ koronavirus (Covid-19) epidemiyası səbəbindən hələ də ekranlara çıxmayan film ABŞ-da 23 ildir mötəbər tədbirləri ilə tanınan "The Artist Forum" tərəfindən təşkil edilən sayca 6-cı "Of Moving İmage" festivalında “Ən yaxşı film” və “Ən yaxşı Oyunçu” mükafatlarını qazanıb.

Oktyabr ayında 7-ci Balkan Panorama Film Festivalında "Ən yaxşı film" və "Ən yaxşı aktyor rolu" mükafatlarına layiq görülən "Qoz ağacı" noyabrda "London City Film Festivalı"nda da "Ən yaxşı xarici film" mükafatını alıb.

Festivallarda uğurlar qazanan film dekabrın 20-dək davam edəcək Antakya Film Festivalı və mart ayında Moskvada keçiriləcək "Leonid Khromov İnternotional Film Festivalı"nda da yarışacaq.

Әlaqәli Xәbәrlәr