Qırmızı Dəniz Beynəlxalq Film Festivalına start verilib

Səudiyyə Ərəbistanı ilk dəfə beynəlxalq film festivalına ev sahibliyi edir.

1744036
Qırmızı Dəniz Beynəlxalq Film Festivalına start verilib

“Qırmızı Dəniz Beynəlxalq Film Festivalı” Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı(YUNESKO) tərəfindən Dünya İrsi Siyahısına salınmış Səudiyyə Ərabistanının köhnə Ciddə şəhərində keçirilir. Dekabrın 15-dək davam edəcək Festivalın açılış qalasına bir çox yerli və xarici sənətçi və prodüser qatılıb. Britaniyalı rejissor Co Raytın “Cirno” musiqili kinasının nümayişi ilə başlayan festival, Misirli rejissor Amr Selamenin “Usuldan kənar” filminin nümayişi ilə sona çatacaq.

Festival çərçivəsində 67 ölkədən 34 dildə 138 bədii və qısametrajlı filmin nümayişi planlaşdırılır. Qırmızı Dəniz Beynəlxalq Film Festivalı Səudiyyə Ərəbistanında keçirilən ilk beynəlxalq film festivalıdır. 2019-cu ildə təsis edilən festival ötən il yeni növ koronavirus epidemiyası səbəbindən keçirilə bilmədi və 2021-ci ilə təxirə salındı.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında ilk kinoteatr 2018-ci ildə vəliəhd şahzadə Məhəmməd ibn Salmanın rəhbərlik etdiyi “Vision 2030” çərçivəsində açılıb.



Әlaqәli Xәbәrlәr