“Dieqo və mən” avtoportreti rekord qiymətə satılıb

20-ci əsrin ən önəmli rəssamlarından Frida Kahlonun “Dieqo və mən” avtoportreti ABŞ-ın Nyu-York şəhərində keçirilən hərracda 34,9 milyon dollara satılıb.

1735121
“Dieqo və mən” avtoportreti rekord qiymətə satılıb

Meksikalı rəssam Frida Kahlo bu rəqəmlə öz rekordunu qıraraq, əsəri ən yüksək qiymətə satılan Latın Amerikalı rəssam adını qazanıb.

Frida Kahlonun 1949-cu ildə tamamladığı əsərdə onun özü kimi məşhur rəssam olan Dieqo Rivera ilə evliliyi təsvir edilib. Rəsmdə Kahlonun alnının ortasında Riveranın kiçik təsviri əks edib.

Qeyd edək ki, Sotheby's Hərrac Evi tablonu Kahlonun indiyə qədər hərraca çıxarılan ən mühüm əsərlərindən biri kimi təqdim edib.

“The New York Times” qəzetinin xəbərinə görə  əsər Argentinadakı bir muzey sahibi tərəfindən satın alınıb.



Әlaqәli Xәbәrlәr