Peruda 500 il əvvələ məxsus kütləvi məzarlıq tapılıb

Perunun qədim Çan Çan şəhərində 25-30 skeletdən ibarət kütləvi məzarlıq aşkar edilib.

1733754
Peruda 500 il əvvələ məxsus kütləvi məzarlıq tapılıb

Perunun qədim Çan Çan şəhərində 25-30 skeletdən ibarət kütləvi məzarlıq aşkar edilib.

Cənubi Amerikanın Kolumbdan əvvəlki dövrünün ən böyük şəhərində yerləşən məzar tarixin naməlum dövrlərini işıqlandırır.

Mütəxəssislər Çimu əhalisinin insanları qurban verdiyini və uşaqların ürəyini çıxardığını bildiriblər.

Qalıqlar cəmi 32 kvadratmetr olan kiçik bir ərazidə aşkar edilib.

"Reuters" xəbər agentliyinə danışan arxeoloq Xorxe Menese bildirib ki, bu cəmiyyət insanları qurban verməklə tanınsa da, bölgədə buna dair heç bir dəlil yoxdur.

Tədqiqatçılar gələcəkdə hər bir insan üçün ölüm səbəbini müəyyən etmək üçün ayrıca testlər keçirməyi planlaşdırırlar.



Әlaqәli Xәbәrlәr