Türkiyənin serial aktyorları Pakistandan mükafat qazandı

Dubayda təşkil edilən mükafat mərasimində müxtəlif ölkələrdən 150-dən çox aktyor, rejissor və sənətçi iştirak edib

1731696
Türkiyənin serial aktyorları Pakistandan mükafat qazandı

 

  "Diriliş Ərtoğrul" serialının aktyorları Cəlal Al və Əmrə Üçtəpə (Emre Üçtepe) Pakistanın “İnternational Screen Awards” mükafatına (PİSA - Beynəlxalq Ekran Mükafatları) layiq görülüblər.

  Dubayda təşkil edilən mükafat mərasimində müxtəlif ölkələrdən 150-dən çox aktyor, rejissor və sənətçi iştirak edib.

  "Diriliş Ərtoğrul" serialında Əbdürrəhman xarakterini canlandıran Cəlal Al və Osman beyin uşaqlığını oynayan Əmrə Üçtəpə “Global İnfluence” (Beynəlxalq Təsir) mükafatını alıblar.

  Təssüratlarını aktyor Cəlal Al belə paylaşıb: “Türkiyə, Pakistan və Azərbaycan xalqlarının yüzlərlə illik keçmişə söykənən qardaşlıq hüququ var.

  Pakistanlı qardaşlarımızdan mükafat almaq mənim üçün böyük bir şərəf və nemətdir.

  Türkiyə serialları bir çox ölkədə olduğu kimi, Pakistanda da sevilərək izlənilir.

  Pakistan və Türkiyə getdikcə iki dost və qardaş ölkə vəziyyətinə yenidən yaxınlaşır. Bu mənada serialların da böyük təsiri bardır.

  Türkiyədə çəkilən serial, film və sənədli filmlərin xarici ölkələrdə tamaşaçı tapması insana daha çox şövq verir. 

  Pakistanlı pərəstişkarlarımıza demək istəyərdim ki, bu dostluğu qardaş ölkənizə gələrək daha da möhkəmləndirin: mütləq İstanbul, Bursa, Ankara, Artvin, Rizeyə gəlin və türkiyəli bacı-qardaşlarınızla qucaqlaşın.

  Pakistandakı bütün dostlara salam deyirəm."



Әlaqәli Xәbәrlәr