Türk Filmləri Həftəsinə start verildi

Qazaxıstanın mədəniyyət paytaxtı Almatıda 6-cı Türk Filmləri Həftəsi kinosevərlərin böyük marağı ilə başlayıb.

1726235
Türk Filmləri Həftəsinə start verildi

Mədəniyyət və Turizm Nazirliyi başda olmaqla Türkiyənin Almatıdakı Baş Konsulluğunun dəstəyi ilə “Yerli Düşüncə Dərnəyinin” təşkil etdiyi 6-cı Türk Filmləri Həftəsinin açılış qalası Almatıdakı Arman Kino Salonunda “7-ci palatadaki möcüzə”  filminin nümayişi ilə reallaşıb. Tədbir çərçivəsində türkiyəli futbolçular azarkeşləri ilə bir araya gəlib. Türk Filmləri Həftəsi səbəbiylə uğurlu rejissorların mükafata layiq görülmüş filmləri  nəhəng ekranlarda olacaq. Filmlər nümayiş etdirildikdən sonra sənətçilərlə tamaşaçılar bir araya gələcək. Türk Filmləri Həftəsi 31 oktyabra qədər davam edəcək.



Әlaqәli Xәbәrlәr