Sultan Süleyman ailəsinin şəkilləri hərracda satıldı

Paytaxtı Londondakı "İslam dünyası və Hindistan sənət əsərləri" hərracında 1000 illik tarixi rəsim, tablo və əl yazıları satışa çıxarılıb

1725977
Sultan Süleyman ailəsinin şəkilləri hərracda satıldı

 

  İngiltərənin “Sotheby's” Hərrac Evinin təşkil etdiyi auksionda Osmanlı imperatoru Sultan Süleyman Qanuninin həyat yoldaşı Hürrem Sultanın portreti 126 min sterlinqə satılıb.

  Paytaxtı Londondakı "İslam dünyası və Hindistan sənət əsərləri" hərracında 1000 illik tarixi rəsim, tablo və əl yazıları satışa çıxarılıb. Hərracda 13-cü əsrdən qalma metal işləri, 2 cüt almaz və zümrüd, Babürlər dövründən qalma eynək, qızıl zərli Qurani-Kərim kitabı, astronomik alətlər, İran miniatür əsərləri və bir Polonez xalçası da olub.

  Türkiyədən İznik çinilərinin də olduğu hərracda Venesiya rəssamı Titianın bir şagirdi tərəfindən XVI əsrin sonu və ya XVII əsrin əvvəllərində çəkildiyi düşünülən Hürrem Sultanın da bir portreti satışa çıxarılıb. 70 min sterlinqdən başlayan qiymətlə satışa qoyulan əsərə 100 min verilib. Alıcı şəkil üçün komissiya ödənişi daxil olmaqla 126 min sterlinq ödəyib.

  Sultan Süleymanın portreti 11 min 340, qızı Mihrimah Sultanın portretlərindən biri komissiya xərclərilə birlikdə 13 min 860, digəri isə 17 min 600 sterlinqə satılıb.



Әlaqәli Xәbәrlәr