Londonda 100-dən çox türk sənət əsəri nümayişə qoyulub

İngiltərənin paytaxtı Londonun mühüm müasir incəsənət muzeylərindən olan "Saatchi" qalereyada 21 rəssama məxsus 100-dən çox türk sənət əsərinin təqdim edildiyi sərginin açılışı olub.

1725758

Dünyanın müxtəlif yerlərindən 21 sənətçinin əsərlərini bir araya gətirən  "Renk London"un təşkilatçılığında hazırlanan “TA London/Turkish Art Week" tədbiri çərçivəsində təşkil edilən sərgidə rəssam, heykəltəraş və fotoqrafların əsərləri nümayiş olunub.

Sərginin açılışında Türkiyənin Londondakı səfiri Ümit Yalçın ilə yanaşı çoxlu qonaq iştirak edib.

Səfir Yalçın buradakı çıxışında Türkiyə, Azərbaycan və Şimali Kıbrıs ( Kipr) Türk Cümhuriyyəti (ŞKTC) kimi bir çox ölkədən 21 müasir rəssamın əsərlərini "Saatchi" qalereyasında türk və ingilis sənətsevərlərə təqdim etməkdən şərəf duyduqlarını ifadə edib.

Ü. Yalçın İngiltərədə türk sənətini və mədəniyyətini təbliğ etməyə davam edəcəklərini vurğulayıb.

Sənətsevərlər 27-31 oktyabr tarixlərində Türkiyədən və xaricdən 21 rəssamın əsərlərinin yer aldığı sərgini ziyarət edə biləcəklər.

Әlaqәli Xәbәrlәr