Türkiyə ilə Azərbaycan arasında mədəniyyət sahəsində əməkdaşlıq uğurla davam etdirilir

Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Ahmet Misbah Demircanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.

1716470
Türkiyə ilə Azərbaycan arasında mədəniyyət sahəsində əməkdaşlıq uğurla davam etdirilir

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov oktyabrın 7-də bu ölkədə səfərdə olan Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Ahmet Misbah Demircanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Azərbaycan Mədəniyyət Nazirliyindən bildirilib ki, Anar Kərimov qonaqlara VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştiraklarına görə təşəkkürünü bildirib. Zəfər çalmış Azərbaycan dövlətinin təşkil etdiyi ilk beynəlxalq kitab bayramında qardaş Türkiyənin də nəfis tərtibatlı nəşrlərlə təmsil olunduğu üçün məmnunluğunu vurğulayıb.

Səmimi qəbula görə nazirə minnətdarlığını ifadə edən Ahmet Misbah Demircan da öz növbəsində Azərbaycana növbəti səfərinin əhəmiyyətindən danışıb.

Görüş zamanı iki ölkə arasında tarixən mövcud olan dostluq və qardaşlıq münasibətlərinin mədəniyyət sahəsində əməkdaşlıqda da ön planda olduğunu və bundan sonra incəsənət, kino və nəşriyyat sahəsində birgə fəaliyyətin uğurla davam etdiriləcəyindən bəhs olunub.



Әlaqәli Xәbәrlәr