Bursa şəhəri 2022-ci ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib

Bu haqda qərar TÜRKSOY-un üzvü olan ölkələrin mədəniyyət nazirlərinin Daimi Şurasının qədim Xivə şəhərində keçirilən iclasında qəbul edilib.

1707011
Bursa şəhəri 2022-ci ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib

Bursa şəhəri 2022-ci ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib.

Bu haqda qərar TÜRKSOY-un üzvü olan ölkələrin mədəniyyət nazirlərinin Daimi Şurasının qədim Xivə şəhərində keçirilən iclasında qəbul edilib.

Tədbiri Özbəkistan Baş nazirinin müavini, turizm və idman naziri Aziz Abduhakimov açaraq, müzakirə olunacaq məsələlər haqqında məlumat verib.

İclasda Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ərsoy, Azərbaycanın mədəniyyət naziri Anar Kərimov və digər nazirlər çıxış edərək TÜRKSOY çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi, üzv ölkələrdə mədəni tədbirlərin keçirilməsi, o cümlədən türk dünyasının tanınmış şəxsiyyətlərinin yubileylərinin təşkili məsələləri barədə danışıblar.

Mehmet Nuri Ərsoy bildirib ki, ötən il keçirilməli olan bu iclas pandemiya ilə əlaqədar bu ilə keçirilib.

Qırğız yazıçısı Toktobolot Abdumomunovun və SSRİ Xalq artisti, bəstəkar Fikrət Əmirovun anma tədbirlərinin keçirilməsi, Osmanlı şahzadəsi, sufi Süleyman Çələbinin ölümünün 600 illiyinin qeyd olunması da qərara alınıb.

Tədbirdə TÜRKSOY-a sədrlik Özbəkistandan Türkiyəyə keçib. Özbəkistanın mədəniyyət naziri Azadbek Nazarbekov təşkilatın simvolunu Mehmet Nuri Ərsoya təqdim edib.

Sonda əməkdaşlığın genişləndirilməsi ilə bağlı bir sıra sənədlər imzalanıb.



Әlaqәli Xәbәrlәr