Brüsseldə Türk mətbəxinin təqdimatı olub

Türk mətbəxi Belçikanın paytaxtı Brüsseldə keçirilən “EatBrussels” qastronomiya festivalında təqdim edilib.

1704985
Brüsseldə Türk mətbəxinin təqdimatı olub

Avropa İttifaqı və NATO-ya ev sahibliyi edən Brüssel Paytaxt Bölgəsi rəhbərliyi tərəfindən hər il təşkil edilən festivalda əsas yemək olaraq Türk mətbəxindən nümunələr təqdim edildi. Festivalın menyusundakı əsas yemək, Türkiyənin Brüsseldəki səfirliyinin hazırladığı Osmanlı mətbəxinə  məxsus “mutancana (qurudulmuş meyvələrdən hazırlanan quzu güveç) və pərdəli” düyüdən ibarət idi. Türkiyəni təmsil edən Brüssel Səfirliyi tərəfindən hazırlanan yeməklər 100 -dən çox iştirakçı tərəfindən yüksək qiymətləndirilib. Yeməyə Brüssel Paytaxt Bölgəsi rəhbərliyindən nazirlər, Belçika Federal Xarici İşlər Nazirliyinin rəsmiləri, yerli türk siyasətçilər və bəzi ölkələrin səfirləri qatıldı.



Әlaqәli Xәbәrlәr