Türkiyə miqyasındakı muzeylərin sayı

Türkiyə miqyasında muzeylərin sayı keçən il 2019-cu ilə müqayisədə 5,8 faiz artaraq 494-ə çatıb.

1703823
Türkiyə miqyasındakı muzeylərin sayı

Türkiyə miqyasında muzeylərin sayı keçən il 2019-cu ilə müqayisədə 5,8 faiz artaraq 494-ə çatıb.

Bu muzeylərdən 205-i Mədəniyyət və Turizm Nazirliyinin, 289-u isə özəl muzey kateqoriyasındadır.

Türkiyə Statistika İdarəsi (TÜİK) 2020-ci ilə dair "Mədəni İrs Statistikası"nı açıqlayıb.

Buna görə, Mədəniyyət və Turizm Nazirliyinə bağlı muzeylərdə keçən il bir əvvəlki il ilə müqayisədə əsər sayı 0,5 artaraq 3 milyon 278 min 114 olaraq qeydə alınıb. 

Sözügedən dövrdə özəl muzeylərdəki əsərlərin sayı 2 faiz artaraq 416 min 706  olub.

Muzeylərin məsuliyyətində olan daşınmaz mədəni irs sayı 2019-cu ilə müqayisədə ötən il yüzdə 2,6 artaraq 116 min 120 olub.

Digər tərəfdən, milli parkların sayı 2020-ci ildə bir əvvəlki ilə görə 2,3 faiz, təbiət parklarının sayı isə 1,2 faiz artmışdır.

Eyni dövrdə milli parkın ümumi sahəsi 4,5 faiz artaraq 907 min 520 hektara çıxıb.

Ötən il təbiət parklarının sayı 250-yə yüksəldikdə, təbiət parklarının sahəsi 107 min 632 hektar təşkil edib. 

Təbiət mühafizə sahələrinin sayı 3,3 faiz artaraq 31-ə çıxıb.



Әlaqәli Xәbәrlәr