Kazan Beynəlxalq Müsəlman Kino Festivalı

Bu il festivalda 24 ölkədən 50 film yarışacaq.

1703136
Kazan Beynəlxalq Müsəlman Kino Festivalı

Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazanda "Sivilizasiyaların dialoqundan dialoqun mədəniyyətinə" şüarı ilə təşkil edilən XVII Kazan Beynəlxalq Müsəlman Kino Festivalının rəsmi açılışı olub.

Kazanskaya Ratuşa binasında keçirilən festivalın rəsmi açılışından əvvəl qonaqlar qırmızı xalça üzərindən keçiblər.

Bu il festivalda 24 ölkədən 50 film yarışacaq.

Türkiyəni "Kovan" (Arı pətəyi) və "Kardeşin Bekçisi" (Qardaşın keçikçisi) filmləri ilə "Acı və Tatlı" (Acı və şirin) sənədli filmi təmsil edəcək.

"Silah" filmi də "Rusiya-İslam Dünyası" müsabiqədən kənar proqrama qatılacaq.

Festival sentyabrın 10-da başa çatacaq.



Әlaqәli Xәbәrlәr