"Puta" İspaniyadan “Ən yaxşı film” olaraq döndü

Siniflər arasındakı fərqlilikləri basketbol üzərindən əks etdirən film yaşadıqları səmtdə basket putası quran yoxsul uşaqların mübarizəsini göstərir

1693509
"Puta" İspaniyadan “Ən yaxşı film” olaraq döndü

 

  Ssenari müəllifi və rejissoru Əhməd Toklunun (Ahmed Toklu) olduğu "Puta" kinofilmi İspaniyada təşkil edilən 21-ci Cerdanya Film Festivalında “Ən yaxşı film” adına layiq görülərək İctimai Baxış Mükafatını qazandı.

  Dünya premiyerasını 51-ci Giffoni Film Festivalında edən, Türkiyə Radio Televiziya Qurumu – TRT ilə ortaq istehsal olan filmin prodüseri Xəlil Kardaşdır.

  Siniflər arasındakı fərqlilikləri basketbol üzərindən əks etdirən film yaşadıqları səmtdə basket putası quran yoxsul uşaqların mübarizəsini göstərir.

  Türkiyə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən də dəstəklənən filmdə gənc aktyor Alp Akar ilə yanaşı Bahar Hacıbektaşoğlu, Sibel Mələk Arat, Egemen Almacı, Mert Erdoğdu, Mehmet Xəlil Çelik, Səməd Sevtekin, Mirac Çelen, Özgür Dərəli və Burhan Yıldız oynayır.

  Rejissor Əhməd Toklunun ilk uzunmetrajlı filmi olan "Puta" eyni zamanda, 2021-ci ildə Antaliya Film Festivalında Sümer Tilmaç Antaliya Film Dəstək Fondu Mükafatına layiq görülüb.



Әlaqәli Xәbәrlәr