24 avqustdan IV Beynəlxalq Efes Opera və Balet Festivalı başlayır

IV Beynəlxalq Efes Opera və Balet Festivalı 24 avqust - 3 sentyabr tarixləri arasında olacaq

1683658
24 avqustdan IV Beynəlxalq Efes Opera və Balet Festivalı başlayır

 

  IV Beynəlxalq Efes Opera və Balet Festivalı 24 avqust - 3 sentyabr tarixləri arasında olacaq.

  Dövlət Opera və Baleti Teatrından verilən məlumata görə, 2018-ci ildən bu yana keçirilən festival 2021-ci ildə yeni tip koronavirus (Covid-19) tədbirlərinə uyğun təşkil ediləcək. Festivalda opera və balet əsərlərilə yanaşı konsert və müsiqi nömrələri də olacaq.  

  Festival 24 avqust Türkiyə saatıyla 21.00-da Efes Antik Teatrında İzmir Dövlət Opera və Balet Teatrının səhnələşdirdiyi Cüzeppe Verdinin (Giuseppe Verdi) “Traviata” (La Traviata) əsəri ilə açılacaq.

  26 avqustda Efes Odeonda Praj (Prag) Operasından Mikaela Zaymi (Michaela Zajmi), Bledar Zaymi, Eqli Prifti və İzmir Dövlət Opera və Baleti Teatrı Orkestrinin fleytaçısı Hürkan Eyvazoğludan ibarət “Prag Ensemble” konserti  olacaq.

  28 avqustda Efes Antik Teatrında Fransa bəstəkarı Jorj Bizenin (Georges Bizet) “Karmen” (Carmen) operasının musiqiləri əsasında eyniadlı baletdən xüsusi xoreoqrafik nömrə göstəriləcək.

  1 sentyabrda Bornova Aşiq Veysəl Amfiviya Teatrında Ankara Dövlət Opera və Balet Teatrı Müasir Rəqs Birliyi tamaşaçıları ötən əsrin 30-cı illər Amerikasına aparan "Qanqster" müsiqilərini təqdim edəcək.   

  3 sentyabrda saat 21.00-da Efes Antik Teatrında 2021-ci ildə həyatını itirən, Türkiyə opera dünyasının çox qiymətli iki tenoru Ender Arıman və Erol Urasa ithaf olaraq İzmir Dövlət Opera və Balet Teatrı Orkestrinin xoru və solistləri tərəfindən xatirə konserti olacaq.



Әlaqәli Xәbәrlәr