“Antandrosda fərqli ölübasdırma ənənələri olub”, G.Polat
Egey Universiteti Ədəbiyyat fakültəsi Arxeologiya bölümünün müəllimi və Elmi Qazıntı Heyətinin sədri professor Gürcan Polat sözügedən mövzu ilə bağlı deyib...
Türkiyənin Balıkesir rayonunun Edremit qəsəbəsinin Altınoluk məhəlləsində eramızdan əvvəl 10-cu əsrdə salındığı bildirilən Antandros antik şəhərində 2400 illik küp (pitos) məzar tapılıb.
Kaz dağlarının ətəklərindəki bu antik şəhərdəki arxeoloji qazıntılarda biri 2400, digəri 2200 yaşı olduğu təxmin edilən, torpağa basdırılmış məzarlar aşkara çıxarılıb.
Egey Universiteti Ədəbiyyat fakültəsi Arxeologiya bölümünün müəllimi və Elmi Qazıntı Heyətinin sədri professor Gürcan Polat sözügedən mövzu ilə bağlı deyib: “Antandrosdakı arxeoloji qazıntılar iki yerdə gedir. Bunlardan biri “yamac ev” olan Roma villasıdır. Burada e.ə. 4-cü əsrə aid olduğu düşünülən pitos (küp) məzarda bir adamın kəllə sümüyü tapılıb. Nekropolisdəki digər arxeoloji qazıntı sahəsində də torpağa basdırılmış bir məzarı ortaya çıxarmağa çalışırıq. Göründüyü kimi, Antandrosda küp, qəbir, dam kirəmiti və ya torpağa basdırma kimi bir çox fərqli ölübasdırma ənənələri olub.”
Әlaqәli Xәbәrlәr
2024-cü ilin ilk 2 ayında Türkiyəyə ən çox turist hansı ölkələrdən gəlib?
Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin turizm statistikasından toplanan məlumatlara görə ...
Fizika üzrə Nobel mükafatı laureatı vəfat etdi
Bu barədə Edinburq Universitetinin yaydığı bəyanatda bildirilib.