Arslantəpə UNESCO-nun Dünya İrsi Siyahısına salındı

Malatya vilayətinin Battalgazi qəsəbəsində yerləşən Arslantəpə kurqanı UNESCO-nun Ümumdünya İrsi Siyahısına salındı.

1680591
Arslantəpə UNESCO-nun Dünya İrsi Siyahısına salındı
arslantepe hoyugu1.jpg
arslantepe hoyugu.jpg

Malatya vilayətinin Battalgazi qəsəbəsində yerləşən Arslantəpə kurqanı UNESCO-nun (Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı) Ümumdünya İrsi Siyahısına salındı.

Mədəniyyət və Turizm Nazirliyinin verdiyi açıqlamaya görə, Şərqi Anadolu və Mesopotamiya sivilizasiyalarında eramızdan əvvəl IV minillikdə dövlətin qurulmasına və dövrün inkişafına şahid olan Arslantəpə kurqanı onlayn olaraq təşkil edilən 44-cü Ümümdünya İrsi Komitəsi iclasında qəbul edilən qərarla siyahıya daxil edildi. 

Arslantepe kurqanının siyahıya daxil edilməsi qərarında ənənələr və ictimai dəyərlərin dəyişməsi, iyerarxiya, sosial fərqliliklər və iqtisadi imtiyazlara əsaslanan ictimai və siyasi sistemlərin meydana çıxmasına şahidlik kimi xüsusiyyətlər təsirli olub.

Kurqanın Yaxın Şərqdə ilk dövlət cəmiyyətinin ortaya çıxmasına şahidlik etməsi, bölgənin iqtisadiyyatına nəzarət edən və mərkəzi bir səlahiyyət tətbiq edən bir hökumətin ortaya çıxmasına səhnə olması kimi bir çox xüsusiyyəti komitə tərəfindən nəzərə alınıb.

Mədəniyyət və Turizm Naziri Mehmet Nuri Ersoy "Twitter" hesabından mövzu ilə paylaşım edərək, "Türkiyənin daha bir mədəni irsi dünya irsinə çevrildi. Arslantəpə kurqanı 44-cü Dünya İrsi Komitəsinin toplantısında qəbul edilən qərarla UNESCO-nun Dünya İrsi Siyahısına salındı" deyib.



Әlaqәli Xәbәrlәr