Muğlada "Ayaqüstə dayanan gənc oğlan"lar tapıldı

Elmi Qazıntı İşləri Qrupunun rəhbəri, Muğla Sıtkı Koçman Universiteti Ədəbiyyat fakültəsi Arxeologiya bölümünün müəllimi, dosent Abuzer Kızıl sözügedən mövzu ilə bağlı deyib...

1673519
Muğlada "Ayaqüstə dayanan gənc oğlan"lar tapıldı

 

  Türkiyənin Muğla rayonunun Euromos antik şəhərində 2500 illik heykəllər və kitabə tapılıb.

  Milas qəsəbəsində Anadolunun ən yaxşı qorunmuş Roma dövrü ziyarətgahları arasında olan Zevs Lepsinos (Zeus Lepsynos) məbədində aparılan arxeoloji qazıntı işləri zamanı 2500 illik iki mərmər heykəl və bir kitabə tapılıb.

  Elmi Qazıntı İşləri Qrupunun rəhbəri, Muğla Sıtkı Koçman Universiteti Ədəbiyyat fakültəsi Arxeologiya bölümünün müəllimi, dosent Abuzer Kızıl e.ə. 2-ci əsrdə ianələrlə tikilən məbəddəki qazıntı zamanı tapılan təxminən 2500 illik heykəllərin "kuros" adlandığını bildirib: "Ayaqüstə dayanan gənc oğlan" mənasını verən kuros heykəllərinin mənşəyi Misir, Fenike və Asurdan gəlir. Qazıntı işləri zamanı tapılan Yunan (Helenistik) antik dövrünə aid kitabə isə Karya tarixini öyrənmək baxımından çox əhəmiyyətlidir. Yazının oxunması üçün çalışmalar sürür." 

  Karya dövrünün əhəmiyyətli şəhərlərindən olan Euromos antik şəhərində qazıntı işləri davam edir.



Әlaqәli Xәbәrlәr