Yavuz Sultan Səlim haqqında kinonun çəkilişləri başlandı

İki rejissorun çəkəcəyi filmdə Türkiyə və xarici ölkə aktyorları iştirak edəcək

1657001
Yavuz Sultan Səlim haqqında kinonun çəkilişləri başlandı

 

  İlk Türk-İslam xəlifəsi və 9-cu Osmanlı Sultanı Yavuz Sultan Səlimin həyatı kinoya köçürüləcək.

  “CY Media” film istehsalat birliyində Halit Arabacı tərəfindən hazırlanan "Yavuz: ədalət qılıncı"nın məşqləri başlanıb.

  İki rejissorun çəkəcəyi filmdə Türkiyə və xarici ölkə aktyorları iştirak edəcək.

  Film Yavuz Sultan Səlimin seçimlərindən, daxili hesablaşmalarından və Osmanlı imperiyasının taleyini dəyişdirən, hətta dünya tarixinə təsir edən uğurlarından bəhs edir.

  Dekorasiya və kostyumlar üçün gərgin hazırlıq prosesinə başlayan prodüserlər kinonu 2022-ci ildə Mərakeşdəki “Atlas Studios”da çəkməyi planlaşdırır.

  Film 2023-cü ildə nümayiş olunacaq.



Әlaqәli Xәbәrlәr