İstanbulda “Çağdaş Sənət” beynəlxalq rəsm sərgisi

Mayın 31-də İstanbulda “Çağdaş Sənət” beynəlxalq rəsm sərgisinin açılış mərasimi keçirilib.

1649105
İstanbulda “Çağdaş Sənət” beynəlxalq rəsm sərgisi

Mayın 31-də İstanbulda “Çağdaş Sənət” beynəlxalq rəsm sərgisinin açılış mərasimi keçirilib.

Sərgi “Artcontact İstanbul Müasir İncəsənət Mərkəzi”nin təşkilatçılığı ilə İstanbulun Avrasiya Nümayiş və Sənət Mərkəzində keçirilir.

Pandemiya qaydalarına uyğun şəkildə baş tutan tədbirə məhdud sayda iştirakçı qatılıb. Əsasən Türkiyədə yaşayan yerli və xarici sənətkarların əsərlərinin nümayiş olunduğu sərgidə bu il dünyanın 5-ə yaxın ölkəsindən nümayəndə heyətinin iştirakı nəzərdə tutulur. Tədbirdə dünyanın müxtəlif ölkələrindən olan ümumilikdə minə yaxın iştirakçının on minə yaxın əsəri nümayiş etdirilir. Bunlara həm rəsm əsərləri, həm də heykəltəraşlıq nümunələri daxildir.

Dünyanın ən böyük incəsənət sərgilərindən olan “Çağdaş sənət”də “AzArt”-“Türkiyədə Yaşayan Azərbaycanlı Rəssamlar Qrupu”nun xüsusi stendi qurulub. Burada Türkiyədə yaşayan 15 azərbaycanlı rəssamın 100-ə yaxın rəsm əsəri nümayiş olunur.

Qeyd edək ki, 2020-ci ildə keçirilməsi nəzərdə tutulan sərgi "Covid-19" pandemiyası səbəbindən təxirə salınıb.



Әlaqәli Xәbәrlәr