TRT, AA və YTB xarici jurnalistlər üçün KİV proqramı təşkil edir

TRT-dən verilən məlumata görə

1644033
TRT, AA və YTB xarici jurnalistlər üçün KİV proqramı təşkil edir

 

  Türkiyə Radio Televiziya Qurumu - TRT, Anadolu Agentliyi – AA və Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Departamentinin – YTB birgə əməkdaşlığı ilə planlanan media təliməri çərçivəsində Afrikadakı mətbuat nümayəndələri üçün KİV dərsləri təşkil olunur.  

  TRT-dən verilən məlumata görə, TRT, AA və YTB əməkdaşlığı ilə planlanan media təlimləri çərçivəsində il boyu müxtəlif sahələrdə çalışan xarici jurnalistlərə dərslər veriləcək.

  Birincisi 2019-cu ildə təşkil edilən Afrika Media Nümayəndələri Təhsil Proqramının ikincisi 2021-ci ilin 24 mayında onlayn olacaq. Dərslərdə "Dezinformasiya ilə mübarizə", "Fotoşəkil tətbiqi və yeni başlayanlar üçün fotoşop",  "Xəbər müxbirləri üçün ictimai media təqib üsulları", "İctimai media üçün video istehsalı" mövzuları izah ediləcək.

  Türkiyə tərəfindən xaricilər üçün bu təhsil proqramını təşkil etməkdə məqsəd fərqli ölkələrin xəbər müxbirləri və jurnalistlərlə ikitərəfli əlaqələri inkişaf etdirərək ölkənin tək ictimai media qurumu TRT təcrübəsinin xarici media mənsublarıyla paylaşmaqdır.

  Təhsil dili ingiliscə olan proqram namizədləri üçün şərtlər bir media qurumunda çalışması və yaşı 40-dan aşağı olmasıdır. Bir həftə davam edəcək dərsləri uğurla keçən iştirakçılara sertifikat veriləcək.

  Qeyd edək ki, 2021-ci ildə xarici jurnalistlər üçün 8 fərqli proqram təşkil edilib. Noyabr ayında sonlanacaq dərslər iştirakçı kütləsinə görə türk, ingilis və başqa dillərdə olacaq.



Әlaqәli Xәbәrlәr