Məşhurların Fələstinə dəstək mesajları

Dünyanın məşhurları işğal altındakı Fələstin və xalqına dəstək mesajları paylaşıblar

1642095
Məşhurların Fələstinə dəstək mesajları

 

  İngiltərənin rok qrupu “Pink Floyd”un solisti Rocer Uoters (Roger Waters), müğənni Dua Lipa və Zeyn Malik kimi çox sayda tanınmış insan sosial media hesabı üzərindən Fələstin xalqına dəstək mesajları paylaşıb.

  İşğal altındakı Şərq Qüdsün Şeyx Cərrah məhəlləsində yaşayan fələstinlilərin yəhudi gəlmə sakinləri tərəfindən zorla evlərindən çıxarılmasına qarşı paylaşdığı "İsraili hər şərtdə dəstəkləyirəm" başlıqlı video-mesajda Uoters ABŞ prezidenti Coe Baydenə səslənərək deyib: "İnsanların evlərindən qətliamla çıxarılmasına dəstək olursan. Özünü sən necə hiss edərdin, Coe Baden? Səni evindən, ailəcə əsrlərdir yaşadığınız yerlərdən bəzi murdarlar götürüb aparır.   

  Albaniya köklü İngiltərə müğənnisi Dua Lipa “instagram”dan etdiyi paylaşmada: "Fələstin xalqına qarşı etnik təmizləmə sona çatmalıdır. Yetər! Bu bir insan haqları məsələsidir. Oyanın, insanlar", - dedi.

  Pakistan əsilli İngiltərə müğənnisi Zeyn Malik dəstək mesajında: "Fələstin xalqının yanındayam. Sevdiklərini itirən ailələr üçün ürəyim ağrıyır. Yetim qalan və öldürülən uşaqların səssiz şahidləri olaraq dayana bilmərik."

  Türkiyənin məşhur piyanoçusu və bəstəkar Fazıl Say sosial media hesabında İsrailin Qəzzanı bombaladığı ana dair fotoşəkillə yanaşı oradakı yaşlı bir adamın bu sözlərini paylaşıb: “Suyumu al, evimi yıx, işimdən et, torpağımı oğurla, atamı həbsə at, anamı öldür, ölkəmi bombala, hamımızı aç burax, hamımızı alçalt, amma yenə mən günahkar olum? Niyə? Çünki bir raketlə cavab verdim."

  Dünyanın tanınmış müğənnilərindən Rihanna, Zara Larsson, Tarkan, Funda Arar, Gülben Ergen, Murad Kekilli, Alişan, Sərdar Ortaç və Hadisə, aktyorlardan Susanıl Sarandon, Mark Ruffalo, Dilan Obrayen (Dylan O'Brien), Lena Hidi (Lena Headey), Cüneyd Arkın, Viola Devis, Natalie Portman, Qal Qadot (Gal Gadot), Fəttah Can, Mehmet Əli Erbil, Bergüzar Korel, Kaan Yıldırım da işğal altındakı Fələstin və xalqına dəstək mesajları paylaşıblar.



Әlaqәli Xәbәrlәr