Sanal muzeyləri 13 milyon insan gəzib

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin "Virtual muzey" tətbiqi dünyada 13 milyon ziyarətçiyə çatıb.

1639726
Sanal muzeyləri 13 milyon insan gəzib

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin "Virtual muzey" tətbiqi dünyada 13 milyon ziyarətçiyə çatıb.

Yeni növ koronavirus (Covid-19) epidemiyası zamanı muzeylərə və arxeoloji ərazilərə ziyarətlər dayandırılarkən, virtual muzeylərə maraq artdı.

Tarixin sıfır nöqtəsi olan Göbəklitəpədən, Nəmrut xarabalıqlarına, Efes muzeyindən Prezidentliyin Qurtuluş Müharibəsi Sərgisinə; Mədəniyyət və Turizm Nazirliyinin virtual muzey layihəsi ilə Türkiyənin tarixi və mədəni sərvəti ekranlara gətirildi.

Virtual tur ilə "virtualmüze.gov.tr" internet ünvanında 33 muzey və minlərlə əsər 3D formatında ziyarət edilə bilər.

Tətbiqdəki səhifələr arasında gəzərək tarixi əsərlər haqqında məlumatları asanlıqla əldə edə bilərsiniz.

Virtual muzeylər Türkiyənin tanıdılmasında da mühüm rol oynayır.



Әlaqәli Xәbәrlәr