TRT 23 Aprel Milli Suverenlik və Uşaq Bayramını xüsusi tədbirlərlə qeyd edəcək

Türkiyə Radio və Televiziya Qurumu (TRT) 23 Aprel Milli Suverenlik və Uşaq Bayramını cari il evlərində qeyd edəcək uşaqlar üçün müxtəlif sürpriz və xüsusi yayım hazırladı.

1626553

Nostaljinin yaşanacağı "Bu gün 23 Aprel" xüsusi yayımı sabah Türkiyə saatı 14.30-da "TRT 1"də izləyicilərin görüşünə gələcək.

Hava Qüvvələri Komandanlığı daxilindəki "Türk Ulduzları" və SOLOTÜRK uşaqlar üçün xüsusi uçuşlar həyata keçirdi. Bu xüsusi şou ilk dəfə "TRT Çocuk" kanalında 23 Aprel Milli Suverenlik və Uşaq Günündə saat 14.20-də yayımlanacaq.

Xüsusilə uşaqlar üçün bütün musiqisevərlərə təqdim ediləcək "Kiçik Dahi Uşaq Mozart" konserti sabah saat 19.00-da "TRT 2"də canlı yayımlanacaq.

"TRT Müzik" də 23 apreldə ekranlara iki konsert təqdim edəcək. Ankara Radio Uşaq Xorunun 23 aprel tarixindəki xüsusi konserti saat 13.30-da olacaq və 1500 uşağın Prezident Simfonik Orkestri ilə eyni səhnəni paylaşdığı 23 aprelin xüsusi konserti saat 18.15-də musiqi həvəskarları ilə görüşəcək.

"TRT Haber"də "23 Aprel Xüsusi Yayım" 09.00-11.00 arasında canlı yayımlanacaq.

Bundan əlavə, Ulu Öndər Atatürkün məzarının yerləşdiyi Anıtkabirdən gün ərzində canlı yayım bağlantıları olacaq.

Milli və regional yayımları reallaşdıran bütün TRT Radyoları cari il dəl 23 Aprel Milli Suverenlik və Uşaq Gününü coşğu ilə qeyd edəcək.

Әlaqәli Xәbәrlәr