“Oscar” mərasimini TRT 2-dən izləyə bilərsiniz
Kino dünyasının ən prestijli “Oscar” mükafatları mərasimi 25 apreli 26-sına bağlayan gecə canlı yayımla Türkiyənin mədəniyyət kanalı TRT 2 ekranlarından sənətsevərlərin görüşünə gələcək

Kino dünyasının ən prestijli “Oscar” mükafatları mərasimi 25 apreli 26-sına bağlayan gecə canlı yayımla Türkiyənin mədəniyyət kanalı TRT 2 ekranlarından sənətsevərlərin görüşünə gələcək.
Amerika Kino Sənətləri və Elmləri Akademiyası tərəfindən verilən “Oscar” mükafatları mərasimi bu il 93-cü dəfə sahiblərinə çatacaq.
Amerika Birləşmiş Ştatlarının Los Anceles şəhərindəki “Union Station” və “Dolby Theatre” salonlarında eyni zamanda olacaq mərasimdə 23 nominasiya üzrə mükafatlar veriləcək.
“Golden globe” və BAFTA mükafatlarının “Ən yaxşı film” və “Ən yaxşı rejissor” adları üçün Xloe Çjaonun (Chloe Zhao) "Nomadland", Devid Finçerin (David Fincher) "Mank" və aktyor heyətiylə haqqında danışılan və 6 nominasiya üzrə “Oscar”a namizəd göstərilən "The Trial of the Chicago 7" filminə təqdim edilməsi gözlənilir.
TRT ortaq istehsalı olan Yasmila Zbaniçin (Jasmila Zbanic) "Quo Vadis, Aida?" filmi ilə “Ən yaxşı xarici film” kateqoriyasında yarışacaq.
93-cü “Oscar” kino mükafatları mərasimi Türkiyə vaxtı ilə 25 apreli 26-sına bağlayan gecə yarısı saat 03.00-da canlı yayımla TRT 2-dən göstəriləcək.
Әlaqәli Xәbәrlәr

Avropa Muzeylər Günündə bu il Türkiyənin Çanaqqala Troya Muzeyi də təmsil olunacaq
Troya Muzeyinin direktoru Rıdvan Gölcük sözügedən mövzu ilə bağlı deyib...