“Otaq” qardaş Azərbaycana mənəvi hədiyyə ərməğan etdi

Mərkəzi Ərzurumda yerləşən Otaq Dərnəyinin (Otağ Derneği) bütün coğrafiyalardakı türk xalqlarına xitabən hazırladığı “Otaq” mədəniyyət, dil və ədəbiyyat jurnalı 9-cu xüsusi sayı ilə oxucularının görüşünə gəldi

1624781
“Otaq” qardaş Azərbaycana mənəvi hədiyyə ərməğan etdi

 

  Mərkəzi Ərzurumda yerləşən Otaq Dərnəyinin (Otağ Derneği) bütün coğrafiyalardakı türk xalqlarına xitabən hazırladığı “Otaq” mədəniyyət, dil və ədəbiyyat jurnalı 9-cu xüsusi sayı ilə oxucularının görüşünə gəldi.

  Özünəxas bir xətti olan “Otaq” jurnalının bu nömrəsi uzun illər işğal altında qalmış Qarabağı işğaldan qurtaran Azərbaycan dövləti və xalqının ruhundan bəhs edir.

  Dərgi öz məramından yola çıxaraq Qarabağ zəfərinə laqeyd qala bilməzdi. Ona görə də ədəbi heyət növbəti sayı xüsusi hazırlayaraq ədəbiyyatın Qarabağ nəfəsini hiss etdirməyə çalışdı. Bu duyğu Otaq Dərnəyinin imtiyaz sahibi Sərdar Acarın himayəsi, Fateh Ekicinin müdirliyi və Esra Yavuzun redaktorluğu ilə “Otaq” jurnalının səhifələrinin Azərbaycan himni ilə açılması ilə başlayır.

  Zaur Rehşan, Mürsəl Dəmir (Mürsel Demir), Əbdülmüqəddəs Kutlu (Abdülmukaddes Kutlu), Məhəmməd Əmin Aksu (Muhammet Emin Aksu), Alperen Tipioğlu, Müəmmər Bülbül (Muammer Bülbül) və yaxınlarda həyatını itirən Ozan Yusuf Polatoğlu hazırladılar Qarabağ sayını.

  Qarabağ qazisi Gülpəri Sərkərova ilə Pərviz Əhmədovun müsahibəsini “Otaq” jurnalı üçün Kübra Gənc, professor Sədat Adıgözəllə (Sedat Adıgüzel) söhbəti Fateh Ekici tərcümə edib.

  Əzizə Süleymanova və Dəniz Dellalbaşının çevirmələri ilə Əlabbas Bağırov və Sevil Yıldırım bu ədədi sayın ilk yazarlarıdır.   

  Cavidanın Qarabağla bağlı hekayəsini isə Nazlı Öztürkçü Türkiyə türkcəsinə tərcümə edib.

  Azərbaycanın xalq şairi Bəxtiyar Vahapzadənin həyat və yaradıcılığını Özge Çilek qələmə alıb.

  Tarixçi alim Orxan Aras “Qarabağ və xəzər türkləri” tarixi-elmi məqaləsini təqdim edib.

  Rejissor Elxan Cəfərovun yazıçı Aqil Abbasın Qarabağ yanğılı “Dolu” romanı əsasında çəkdiyi bədii film haqqında Məhəmməd Ataibişin maraqlı ədəbi-tənqid yazısı yer alır.

  Oxucu “Otaq” jurnalının səhifələrində Qarabağ şəhidlərinin adlarının bir-bir çəkilərək onların yad, ruhlarının şad edildiyini görür.

  Beləliklə, Ərzurumdan yayılan “Otaq” jurnalının bu dəfəki sayı türk dünyasının ayrılmaz parçası üçün "Qarabağ Azərbaycandır!" şüarını bir daha xatırladaraq qardaş Azərbaycana mənəvi hədiyyəsini ərməğan edib.



Әlaqәli Xәbәrlәr