TRT-nin "Mavera" serialı Qazaxıstanın milli kanalı "Qazaqstan TV"-də yayımlanacaq

(TRT) tərəfindən hazırlanan və Türk dünyasının mənəvi lideri Əhməd Yəsəvinin həyatından bəhs edən "Mavera" serialı Qazaxıstanın milli kanalı "Qazaqstan TV"-də yayımlanacaq.

1622673
TRT-nin "Mavera" serialı Qazaxıstanın milli kanalı "Qazaqstan TV"-də yayımlanacaq

Türkiyə Radyo Televiziya Qurumu (TRT) tərəfindən hazırlanan və Türk dünyasının mənəvi lideri Əhməd Yəsəvinin həyatından bəhs edən "Mavera" serialı Qazaxıstanın milli kanalı "Qazaqstan TV"-də yayımlanacaq.

19 aprel tarixindən etibarən yayımlanacaq serial ustad Yəsəvinin həyatının bilinməyən tərəflərindən bəhs edir.

"Mavera" serialının sadəcə Türkiyədə deyil Qazaxıstanda da maraqla qarşılancağı nəzərdə tutulur.

Serialın Qazaxıstanda yayımlanması qərarı Qazaxıstanın informasiya və siosial inkişaf naziri Aida Balaevanın Türkiyəyə 5-6 apreldə reallaşdırdığı işgüzar səfəri zamanı TRT-nin baş direktoru İbrahim Eren ilə görüşü zamanı qəbul edilmişdir.

Serial TRT tərəfindən yeni bir formatda çəkilib.

"Mavera" sözü mövcud dünyanın görünməyən tərəflərini ifadə edir.



Әlaqәli Xәbәrlәr