BAFTA mükafatına layiq görülən adlar bəlli oldu

İngiltərə Kino və Televiziya Sənətləri Akademiyası (BAFTA) tərəfindən verilən 74-cü BAFTA mükafatının sahibləri bəlli oldu

1619544
BAFTA mükafatına layiq görülən adlar bəlli oldu

 

  İngiltərə Kino və Televiziya Sənətləri Akademiyası (BAFTA) tərəfindən verilən 74-cü BAFTA mükafatının sahibləri bəlli oldu.

  Paytaxt Londonda təşkil edilən mükafat mərasiminə "Nomadland" adlı film damğa vurdu.

  Mərasim pandemiya ilə əlaqədar “Royal Albert Hall”da tamaşaçısız təşkil edildi.

  Keçən il aktyorluq kateqoriyası üzrə yalnız ağ dərili namizədlərə yer verilməsi reaksiyalara səbəb olmuşdu. Bu il namizədlərin yarısından çoxunun ağ olmaması diqqət çəkib.

  Amerikanın "Nomadland" (Köçərilər) filmi “Ən yaxşı film”, “Ən yaxşı rejissor”, “Ən yaxşı aktrisa” və “Ən yaxşı operator” nominasiyaları üzrə 4 mükafat qazanıb.

  “Golden globe” daxil olmaqla bir çox mükafat qazanan və “Oscar” yarışının sevimliləri arasında göstərilən film müasir köç həyatından bəhs edir.

  BAFTA mükafatına layiq görülən adlar bunlardır:

  Rejissor Xloya Çjalo (Chloé Zhao), “Ən yaxşı rejissor” mükafatını qazanan ikinci qadın oldu.

  “Ən yaxşı aktrisa” mükafatına Frensis Makdormand (Frances Mcdormand) “Nomadland”dakı roluna görə layiq görüldü.

  “Ən yaxşı aktyor” mükafatı “The Father” filmindəki roluna görə Entoni Hopkinsə (Anthony Hopkins) verildi.

  “Ən yaxşı yardımçı aktrisa” “Minari” filmindəki roluna görə Yu-Çjon Yun (Yuh-Jung Youn), “Ən yaxşı yardımçı aktyor” “Judas and the Black Messiah”dakı roluna görə Daniyel Kaluuya (Daniel Kaluuya) oldu.



Әlaqәli Xәbәrlәr