Türkiyә diqqәt çәkәn mozaika muzeylәrinә ev sahibliyi edir

Min illәrdir  çox sayda sivilizasiyaya ev sahibliyi edәn Hatay şәhәrindә hәyata keçirilәn arxeoloji qazıntılar zamanı aşkar edilәn mozaikalar Hatay Arxeologiya vә Necmi Asfuroğlu Arxeologiya muzeylәrindә nümayiş etdirilir.

1616496
Türkiyә diqqәt çәkәn mozaika muzeylәrinә ev sahibliyi edir

Türkiyәnin Hatay vә Qaziantep şәhәrlәri  ölkәnin әn böyük mozaika muzeylәrinә ev sahibliyi edir.

Min illәrdir  çox sayda sivilizasiyaya ev sahibliyi edәn Hatay şәhәrindә hәyata keçirilәn arxeoloji qazıntılar zamanı aşkar edilәn mozaikalar Hatay Arxeologiya vә Necmi Asfuroğlu Arxeologiya muzeylәrindә nümayiş etdirilir.

Aşkar edilәn mozaikaların II vә VI yüz illәrә aid olduğu bildirilir. Keçәn il açılışı olan Necmi Asfuroğlu Arxeologiya muzeyi isә VI yüz ildә ictimai sahә olaraq qәbul edilәn 1200 kvadrat metrlik mozaikası ilә diqqәt çәkir.

Tarixi Hatay şәhәri üçün böyük әhәmiyyәt kәsb edәn hәr iki muzey hәm ölkә daxilindәki, hәm dә xaricdәn gәlәn turistlәrin diqqәt mәrkәzindәdir.

Qaziantep şәhәrindәki Zeuqma mozaika muzeyi isә ziyarәtçilәrә unudulmaz tarixi atmosfer yaşadır. Muzey Roma vә Bizans dövrlәrinә aid heykәl, sütun vә mozaikaları  ilә diqqәtlәri cәlb edir. Zeuqma muzeyinin ‘‘Mona Liza’’sı olaraq qәbul edilәn vә 52 ildәn  sonra Amerika Birlәşmiş Ştatlarının Türkiyәyә geri qaytardığı ‘‘Qaraçı qız’’ mozaikası muzeyin әn diqqәt çәkәn әsәrlәrindәndir. Roma dövründә müharibә tanrısı olaraq bilinәn Mars heykәli dә muzeyin diqqәt çәkәn әsәrlәrindәn biridir.

 

 

 

 



Әlaqәli Xәbәrlәr