6 Aprel – Beynəlxalq Cizgi Filmləri Günüdür
Dünya Cizgi Film Gününü qeyd etmək fikri yalnız 2002-ci ildə yarandı və o zamandan dünyanın bir çox ölkələrində qeyd olunur

Dünya Cizgi Filmi günü 2002-ci ildə Beynəlxalq Animasiya Filmləri Dərnəyi tərəfindən təsis edilib.
1906-cı ilin aprelin 6-da Con Stuart Blekton və Albert Smit Amerikanın kinoteatr birliyi ilə “Vitage” təsisçiləri ilk cizgi filmləri olan “Gülməli üzlərin gülməli mərhələləri” adlı multfilm çəkir. Bunlar animasiya tarixində ilk cizgi filmləri idi.
Dünya Cizgi Film Gününü qeyd etmək fikri yalnız 2002-ci ildə yarandı və o zamandan dünyanın bir çox ölkələrində qeyd olunur.
Beynəlxalq Cizgi Filmləri Günündən əvvəl dünyanın hər yerindən animasiya kinosu peşəkarları və həvəskarları öz çizgi filmlərini və proqramlarını bir-birləri ilə bölüşür və bu hadisəni bütün il gözləyən tamaşaçılar üçün əsərlərinin ilk premyerasını edirlər. Cizgi filmlərinin belə seansları artıq dünyanın 100-dən çox ölkəsində keçirilir.
Әlaqәli Xәbәrlәr

Onun adı Aytacdır
TRT\Azerbaycan saytı bu istedadlı Azərbaycan gənci ilə maraqlandı və onu tanıtmaq istədi