Qazaxıstan Türkiyə ilə birlikdə tarixi serial çəkir

... Tərəflər arasında “Korkıt Ata” (Dədə Qorqud) tarixi filminin çəkilişləri ilə bağlı da danışıqlar aparılır

1614538
Qazaxıstan Türkiyə ilə birlikdə tarixi serial çəkir

 

  Qazaxıstan Türkiyə ilə birlikdə tarixi film və serial çəkəcək. Filmin çəkilişi ilə iki ölkənin aparıcı telekanallarının məşğul olacağı nəzərdə tutulub.

  Azərtac informasiya agentliyi xəbər verir ki, artıq Türkiyənin tanınmış prodüserləri tərəfindən 6 seriyadan ibarət "Alp Arslan" tarixi serialının Qazaxıstan çöllərində döyüş səhnələrinin çəkilməsinə qərar verilib.

  Türkiyəli prodüsser Emre Konuk Qazaxıstan teleseriallarının çəkilməsində də birgə çalışmalara hazır olduqlarını söyləyib. 

  Bundan başqa, tərəflər arasında “Korkıt Ata” (Dədə Qorqud) tarixi filminin çəkilişləri ilə bağlı danışıqlar aparılır.



Әlaqәli Xәbәrlәr