İzmirdə Roma dövrünə aid 1500 illik nadir bir tapıntı üzə çıxdı

Qəsəbənin Jandarma Komandanlığı qrupları, maşının qalxa bilmədiyi dağlıq ərazidə qaçaq qazıntı aparıldığı xəbəri əsasında əməliyyata başladı və ...

1614185
İzmirdə Roma dövrünə aid 1500 illik nadir bir tapıntı üzə çıxdı

 

  Türkiyənin İzmir şəhərinin Aliağa qəsəbəsində Roma dövründə tikilmiş bir monastır ilə təxminən 1500 illik bir mozaika üzə çıxıb.

  Qəsəbənin Jandarma Komandanlığı qrupları, maşının qalxa bilmədiyi dağlıq ərazidə qaçaq qazıntı aparıldığı xəbəri əsasında əməliyyata başlayıb. Adı çəkilən yerə çatan jandarma qrupları torpağın təxminən 2 metr altından tarixi qalıqları çıxarmağa çalışan 2 nəfəri tutub.

  Jandarmanın məlumatından sonra bölgəyə İzmir Arxeologiya Muzeyinin mütəxəssisləri cəlb edilib.

  Roma dövrünə aid monastır qalığı və dünyada nadir rast gəlinən 1500 illik mozaikanın tapıldığı bölgə mühafizə altına alınıb.

  Sarmaşıq motivləriylə bəzənmiş mozaikanın üstündə "Kilsənin yaşlı heyətindən bir kişinin ailəsinin fərahlığı üçün hazırılanıb" sözləri yazılıb.

  Mozaikalar yerində tədqiq edilib araşdırıldıqdan sonra muzeydə tamaşaçıların ixtiyarına veriləcək.

  Monastır üçün də ayrıca elmi qrup ayrılıb.

  Mütəxəssislər bölgədə daha ətraflı qazıntı-araşdırma işlərinə başlayacaq.



Әlaqәli Xәbәrlәr