İzmirdə antik daş sobası tapıldı

Smirni antik şəhəri elmi-qazıntı işlərinin rəhbəri, İzmir Katib Çələbi Universiteti İctimai və Bəşəri Elmlər Fakültəsinin Türk-İslam Arxeologiyası şöbəsinin müəllimi, dosent Akın Ersoy sözügedən mövzu ilə bağlı deyib...

1609953
İzmirdə antik daş sobası tapıldı

 

  Türkiyənin İzmir şəhərinin Qarabağlar qəsəbəsinə bağlı Tırazlı kəndində Yunan (Helenistik) və Roma dövrlərində tez-tez istifadə edilən bir daş sobası tapılıb.

  İzmir Böyükşəhər Bələdiyyəsindən verilən məlumata görə, daş sobası 4 illik arxeoloji fəaliyyətdən sonra aşkarlanıb.  

  Smirni antik şəhəri elmi-qazıntı işlərinin rəhbəri, İzmir Katib Çələbi Universiteti İctimai və Bəşəri Elmlər Fakültəsinin Türk-İslam Arxeologiyası şöbəsinin müəllimi, dosent Akın Ersoy sözügedən mövzu ilə bağlı deyib: “Antik dövrlərdə şəhər mərkəzinin ətrafında və kəndlərdə qalalar, müxtəlif daş sobaları yerləri, dəyirmanlar, fermalar, su boruları və s. var idi. Tırazlı-Kesikkaya daş sobası Antik Yunan (Helenistik) dövrünün əvvəllərində Smirni antik şəhərinin Kadifekale-Kemeraltı istiqamətində tapılıb. Əldə edilən seramik tapıntılar və yerində kəsilərək düzəldilmiş blok və sütunlar, xüsusilə Roma dövründə daha da inkişaf edən və zənginləşən şəhərin paralel şəkildə artan görkəmli monumental strukturlarının ehtiyaclarını qarşılamaq üçün istifadə edilib."



Әlaqәli Xәbәrlәr