Antaliyada apreldən turizm hərəkətliliyi başlayır

Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin koordinasiyası ilə yeni tip koronavirus (Covid-19) zamanı başlanan “Etibarlı turizm sertifikasiya proqramı" çərçivəsində şəhərə gələn turistlərə sağlam və etibarlı tətil imkanları təqdim edilir

1609969
Antaliyada apreldən turizm hərəkətliliyi başlayır

 

  Dənizi, qumu, günəşi, antik şəhərləri, əldəyilməmiş körfəzləri və təbii gözəlliyi ilə turistlərin baş tətil mərkəzləri arasında yer alan və qarşıladığı qonaqların sayı baxımından "Turizmin paytaxtı" adlanan Antaliyada yeni mövsüm üçün hazırlıqlar tamamlandı.

  Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin koordinasiyası ilə yeni tip koronavirus (Covid-19) zamanı başlanan “Etibarlı turizm sertifikasiya proqramı" çərçivəsində şəhərə gələn turistlərə sağlam və etibarlı tətil imkanları təqdim edilir.

  Epidemiyaya baxmayaraq, 2020-ci ildə 3 milyon 512 min 910 turistin gəldiyi Antaliyada bu il sayın daha çox olması gözlənilir. Keçən il 1 milyon 509 min 648 rusiyalı turistin istirahət etdiyi şəhər bu il də mövsümə Rusiyadan gələcək turistlərlə başlayacaq.



Әlaqәli Xәbәrlәr