İsrail müdəqqəs kitabələri ehtiva edən perqamentlərin tapıldığını açıqlayıb
İsrail təxminən 1900 il əvvəl Roma İmperiyasına qarşı həyata keçirilən bir yəhudi üsyanı əsnasında gizləndiyi düşünülən müdəqqəs kitabələri ehtiva edən perqamentlərin tapıldığını bəyan edib.
İsrail təxminən 1900 il əvvəl Roma imperiyasına qarşı həyata keçirilən bir yəhudi üsyanı əsnasında gizləndiyi düşünülən müdəqqəs kitabələri ehtiva edən perqamentlərin tapıldığını bəyan edib.
İsrailin Qədim Əsərlər İdarəsinin bəyanatına görə, radiokarbon tarixləşdirmə üsulu ilə həmin mətnlərin eradan sonra II əsrə aid olduğu sübuta yetirilib.
Qədim paktdan qədim yunan dilindən hissələrin yer aldığı kitabələrin Qüdsün cənubundakı səhrada apardığı qazıntılar nəticəsində 60 ildən sonra tapılan ilk əlyazmalar olduğu bildirilib.
Bunların 1960-cı illərdə aparılan qazıntılar zamanı 40 adama aid sümüklərin tapıldığı "Qorxu mağarası" olaraq tanınmış yerdə tapılan perqamentlərin bir hissəsi olduğu qeyd edilib.
Perqamentlərin eradan sonra 132-136-cı illər arasında Roma İmperiyasına qarşı yəhudilər tərəfindən təşkil edilən Bar Kohba üsyanı zamanı mağaraya qoyulduğu güman edilir.
Mağara Qüdsün cənubundakı Yəhudiyə səhrasındakı ucqar bir çölündə uzaq bir sıldırımlı dar dərədə yerləşib.