Turistlərin qəbulu gəldikləri ölkədə yoluxma sayı və vaksinasiya prosesinə uyğun aparılacaq

Mədəniyyət və turizm naziri Mehmet Nuri ƏrsoyTürkiyəyə üz tutan turistlərin qəbulunun gəldikləri ölkədə yoluxma sayı və vaksinasiya prosesinə uyğun aparılacağını bildirib.

1601510

Nazir bunu "BBC ONE" telekanalında qatıldığı canlı yayımda deyib.

Mədəniyyət və turizm naziri Mehmet Nuri Ərsoy ölkəyə daxil olan xarici vətəndaşlardan aprelin 15-ə qədər "Covid-19" testinin tələb olunacağını deyən nazir bu tarixdən sonrakı addımların Səhiyyə Nazirliyi ilə razılaşdırılacağını, böyük ehtimalla yoluxma sayı az olan ölkələrdən gələnlərdən bu testin tələb olunmayacağını bildirib.

İngiltərədə vaksinasiya proqramının sürətli və təsirli şəkildə davam etdiyinə və yoluxma hallarının azalmağa davam etdiyinə diqqət çəkən nazir bu vəziyyət davam edəcəyi təqdirdə ingilis vətəndaşlarından test istənməyə biləcəyi ehtimalının olacağını vurğulayıb.

Türkiyədə aparılan vaksinasiya prosesi barədə danışan nazir indiyədək ölkədə 11 milyondan çox insana peyvəndin vurulduğunu, əsas hədəfin isə aprelin sonuna qədər bu rəqəmin 50-60 milyon nəfərə çatdırılacağını, beləliklə ölkə miqyasında yoluxma hallarının azalacağını deyib. 

Әlaqәli Xәbәrlәr