TRT-nin birgə istehsalı film BAFTA mükafatına namizəd göstərilib

Bir çox milli və beynəlxalq mükafata layiq görülən TRT-nin birgə istehsalı “Quo Vadis Aida?”, İngiltərənin Oscarı olaraq xarekterizə edilən BAFTA-da iki kateqoriyada namizəd göstərildi.

1599309
TRT-nin birgə istehsalı film BAFTA mükafatına namizəd göstərilib

İngilis Kino və Televiziya Sənətləri Akademiyası tərəfindən bu il 74-cü dəfə paylanacaq BAFTA Mükafatlarına TRT-nin birgə istehsalı olan "Quo Vadis Aida?" Xarici dildə ən yaxşı film kateqoriyasında, filmin rejissoru Jasmila Zbanic isə ən yaxşı rejissor nominasiyasında namizəd göstərilib.

BAFTA Mükafatlarının sahibləri aprelin 11-də müəyyənləşəcək.

Qızıl Ayı mükafatının da sahibi olan Zbaniçin imza atdığı film, bu il 93-cü Oscar mükafatlarının "ən yaxşı xarici film" kateqoriyasında qısa siyahıda iştirak edəcək.

Oscar mükafatına namizədlərin dəqiq siyahısı 15 Martda açıqlanacaq, mükafatlar 25 apreldə sahiblərinə təqdim ediləcək.



Әlaqәli Xәbәrlәr