2021 İslam Dünyası Mədəniyyət Paytaxtı Festivalı başladı
İSESCO tərəfindən 2005-ci ildə başlanan İslam Dünyası Mədəniyyət Paytaxtı Layihəsi çərçivəsində seçilən paytaxtlarda il boyu müxtəlif mədəni tədbirlər həyata keçirilir
Qətərin paytaxtı Dohada 2021 İslam Dünyası Mədəniyyət Paytaxtı Festivalı başladı.
Qətərin mədəniyyət naziri Salah ibn Qənim əl-Əliy Qətər Kültür Kəndi və İslam Sənəti Muzeyindəki açılış proqramında etdiyi çıxışında deyib: “Müxtəlif elm və sənət sahələrində İslam coğrafiyasından Avropa və dünyaya yayılan əsərlər var. Latın dillərinə tərcümə edilən bu əsərlər dünya universitetlərində təməl qaynaq olaraq istifadə edilir.”
Qətərin baş naziri Şeyx Xalid ibn Xəlifə ibn Əbdüləziz əl-Sani isə “twitter” hesabından yazıb: “Qətər mədəniyyətə və İslam mirasına sadiqdir. Bunun olduqca köklü və dərin səbəbləri vardır. Bu gün də onlarla layihə həyata keçirərək bu işə dəstək veririk”.
Qeyd edək ki, Doha 2021 İslam Dünyası Mədəniyyət Paytaxtı tədbirləri İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İSESCO) və Qətər Mədəniyyət və İdman Nazirliyilə yanaşı ölkədəki bir çox nazirlik və təşkilatların birgə iştirakıyla reallaşdırılır.
İSESCO tərəfindən 2005-ci ildə başlanan İslam Dünyası Mədəniyyət Paytaxtı Layihəsi çərçivəsində seçilən paytaxtlarda il boyu müxtəlif mədəni tədbirlər həyata keçirilir.