Azərbaycanda multikulturalizm siyasətinin uğurlu olmasının səbəbləri

TRT/Azerbaycan saytına müsahibəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Azərbaycanda multikulturalizm dəyərləri barədə maraqlı məlumatlar verib. (Azərbaycan və Türkiyə türkcələrində)

1594737
Azərbaycanda multikulturalizm siyasətinin uğurlu olmasının səbəbləri

 

  TRT/Azerbaycan saytına müsahibəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Azərbaycanda multikulturalizm dəyərləri barədə maraqlı məlumatlar verib. (Azərbaycan və Türkiyə türkcələrində)

 

- Rəvan bəy, icraçı direktoru olduğunuz Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Azərbaycan cəmiyyətinə və ictimai fikrinə təsiri necədir?

- Bildiyiniz kimi, multikulturalizm siyasəti Azərbaycanın dövlət siyasətidir. Bu sahə dövlətin daim diqqətindədir. Azərbayanın multikulturalizm ənənələrini elmi müstəvidə öyrənmək və təbliğ etmək məqsədi ilə 2014-cü ildə cənab ölkə prezidenti İlham Əliyevin fərmanı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradıldı və qısa zamanda bu mərkəz nəyinki Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynadı, eyni zamanda bu gün dünyada tanınmış beyin mərkəzlərindən birinə çevrildi.

  Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurası tanınmış ziyalılardan ibarət olduğu üçün az bir vaxtda öz ətrafına Azərbaycanın və dünyanın tanınmış alimlərini cəlb edə bildi. Himayəçilik Şurasının sədri akademik Kamal Abdullayevin ideya rəhbərliyi ilə bu günə qədər mərkəz Amerikadan İndoneziyaya qədər mühüm forum, konfrans və seminarlar təşkil edib, gənclər üçün yeni platformalar yaradıb, dünya universitetlərinin akademik proqramına daxil olacaq multikulturalizm fənni yaradıb, onlarla elmi kitablar nəşr etdirib. Yəni mərkəzin fəaliyyət coğrafiyası və layihələr sferası çox genişdir və hər il genişlənməkdədir. Düşünürəm ki, ölkə başçısının bizim qarşımıza qoyduğu məqsədlərə qismən də olsa nail ola bilmişik.

- Bilirik ki, Azərbaycanda dövlət siyasəti kimi həyata keçirilən multikulturalizm və tolerantlıq siyasəti dünyaya nümunə göstəriləcək səviyyədədir. Hətta bəzi universitet və ali təhsil müəssisələrində dərs kimi də keçirilir. Bu səviyyəyə gələnə kimi hansı mərhələlərdən keçib Azərbaycanda multikulturalizm və tolerantlıq?

- Azərbaycanda multikulturalizm siyasətinin uğurlu olmasının təməl səbəblərindən biri bu ənənənin xalqın tarixi yaddaşında olmasından qaynaqlanır. Daima çoxmədəniyyətli və çox konfessiyalı bir dövlət olan Azərbaycanda bütün mədəniyyətlər bir arada sülh şəraitində özünü qoruya bilib. Xalq da həmişə bu zənginliklə qürur duyub.

  Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ikinci dəfə ölkəyə rəhbərlik edən illərdə multikulturalizm siyasətini dövlət siyasəti müstəvisinə qaldırdı və yeni müstəqillik əldə etmiş dövlətin konstitusiyasında bu prinsiplər nəzərə alındı. Cənab prezident İlham Əliyev də bu gün multikulturalizm siyasətini qlobal müstəvidə həyata keçirməklə mədəniyyətlərarası və dinlərarası dialoq platformaları yaradır. Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun bütün dünyada tolerantlıq istiqamətində həyata keçirdiyi layihələr bu siyasətin əyanı misalıdır.

  Bu gün Azərbaycan multikulturalizm modeli bütün dünyada qəbul edilir və tədris olunur. Dünyanın 23 aparıcı universitetində bu bir fənn kimi keçirilir və tələbələr tərəfindən böyük maraqla qarşılanır. Multikulturalizm fənnini dinləyən tələbələr ildə 2 dəfə keçirilən Beynəlxalq Qış və Yay Multikulturalizm Məktəbləri çərçivəsində ölkəmizə səfər edərək Azərbaycan modeli ilə əyani olaraq tanış ola bilirlər.

- Azərbaycan dövləti ölkədə multikulturalizmin inkişafı istiqamətində hansı işlər görür?

- Azərbaycan nadir ölkələrdəndir ki, öz ərazisində olan fərqli mədəniyyətləri, dilləri və inancları qoruyub saxlamağa maraqlıdır və bu istiqamətdə aktiv siyasət həyata keçirir. Yəni nəinki bu fərqliliyə icazə verir, hətta bunu qorumaq üçün maddi və mənəvi dəstək də göstərir. Bu, həm ictimai, həm də ən yüksək siyasi və hüquqi səviyyələrdə həyata keçirilən bir siyasətdir. Siz bu gün dünyada nadir dövlətlər misal göstərə bilərsiniz ki, Azərbaycan kimi həm islam, həm yəhudi, həm də xristian dini ibadətgahlarını təmir edir və ya yenilərini tikərək insanların istifadəsinə verir.

  Çoxmədəniyyətlilik bizim mənəvi sərvətimizdir və biz bütün dünyaya bu siyasətin uğurunu anlatmağa çalışırıq. 2008-ci ildən cənab Prezident İlham Əliyevin təəbbüsü ilə start götürən “Bakı Prosesi” buna ən böyük misaldır. Artıq Bakı şəhəri uzun illərdir Mədəniyyətlərarası Dialoq Forumu, “Bakı Beynəlxalq Humanitar Forumu, Dünya Dini Liderlərinin Bakı Sammiti, BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu kimi mötəbər tədbirlərə ev sahibliyi edir. Yəni bizim üçün multikulturalizm statik bir siyasət deyil, regional və qlobal arenada sülhün təminatçısıdır

- Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Azərbaycanın xaricdə tanıdılması istiqamətində hansı işlər görür?

- Mərkəzin fəaliyyətinin əsas ağırlığı xarici ölkələrdədir. Burada məqsəd əlbəttə multikulturalizm dəyərlərimizi tanıtmaqdan ibarətdir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dünyanın 9 ölkəsində nümayəndəlikləri fəaliyyət göstərir. Həm siyasi, həm də elmi dairələrlə sıx əməkdaşlıq etməklə ölkə başçısının həyata keçirdiyi bu siyasəti və yeni çağırışları tanımaq üçün çoxlu sayda böyük layihələr həyata keçirilib. Düşünürəm ki, qardaş Türkiyədə yaxın gələcəkdə daha çox layihələr həyata keçirilməli və bu fəaliyyətini daha çox insana çatdırmalıyıq.

- 44 günlük Vətən Müharibəsində (İkinci Qarabağ Müharibəsi) əldə olunan qələbə ilə birlikdə şahid olduq ki, ermənilər Qarabağda bütün maddi və mənəvi dəyərlərimizi məhv edib. İcraçı direktor olduğunuz mərkəz bu dəhşətləri dünya ictimaiyyətinə çatdırmaq istiqamətində hansı işlər görür?

- Bütün dünyanın şahidi olduğu kimi, Ermənistan 30 il işğal altında saxladığı tarixi Azərbaycan torpaqları Dağlıq Qarabağda böyük bir mədəni irsi dağıdıb və ya dəyişdirməyə çalışıb. Bu barbarlığın adı “mədəniyyət soyqırımı”dır, başqa ad vermək olmur. Qarabağda sadəcə türk-müsəlman irsindən söhbət getmir, eyni zamanda, Azərbaycana məxsus xristianlıq irsi də mənimsənilməyə çalışılıb. Təəssüflər olsun ki, bu hadisələr bütün dünyanın gözü qarşısında baş versə də heç kim səsini çıxarmır.

  Erməni vandalizmini bütün dünyaya tanıtmaq lazımdır. Qarabağın tarixi mədəni irsinin zənginliyini və həqiqətləri hər kəsin diqqətinə çatdırmaq bizim başlıca məqsədlərimizdəndir. Bu istiqamətdə tədbirlər planımız artıq demək olar ki, hazırdır.

  44 günlük Vətən Müharibəsindən sonra artıq Qarabağ işğaldan azad olunub. Biz qədim dədə-baba torpaqlarımızı bərpa etməklə o böyük mədəni irsi geri qaytaracayıq. Bu istiqamətdə həyata keçirilən layihələrdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi də yaxından iştirak edəcək.

   ********************************************************************************************

Türkiye Türk’çesinde

 

  Azerbaycan'da çokkültürlülük politikasının başarılı olmasının nedenleri

 

  Bakü Uluslararası Çokkültürlülük Merkezi İcra Direktörü Revan Hasanov, Bakü Uluslararası Çokkültürlülük Merkezi’nin faaliyetlerini, nihai hedeflerini, Karabağ zaferi sonrası yapılacakları ve Ermeni barbarlığının boyutlarını TRT/Azerbaycan’a anlattı

 

- Sayın Hasanov, Bakü Uluslararası Çokkültürlülük Merkezi'nin Azerbaycan toplumundaki önemi ve etkisi nelerdir?

- Çokkültürlülük politikası Azerbaycan'ın devlet politikasıdır. Bu alan her zaman devletin dikkatinde olmuştur. Azerbaycan'da çokkültürlülük geleneklerini bilimsel düzeyde incelemek ve tanıtmak amacıyla 2014 yılında Cumhurbaşkanı İlham Aliyev'in kararıyla Bakü Uluslararası Çokkültürlülük Merkezi kuruldu ve kısa bir süre sonra Azerbaycan'ın sosyal ve politik hayatında önemli bir yer edinmeğe başladı. Ama aynı zamanda dünyanın önde gelen düşünce kuruluşlarından biri hâline de gelmeyi başardı. Bakü Uluslararası Çokkültürlülük Merkezi Mütevelli Heyeti üyeliğine kısa sürede Azerbaycan'dan ve dünyadan tanınmış birçok bilim adamı seçildi. Merkez, Mütevelli Heyeti Başkanı Akademisyen Kamal Abudllayev'in liderliğinde Amerika'dan Endonezya'ya önemli forumlar, konferanslar, seminerler düzenledi. Gençler için yeni platformlar oluşturdu, “çokkültürlülük” konusunda onlarca enformasyon kaynağı oluşturdu ve onlarca bilimsel kitap yayınladı. Yani Merkez’in faaliyet coğrafyası ve proje kapsamı çok geniştir ve her yıl büyümeye devam etmektedir. Sayın Cumhurbaşkanımız İlham Aliyev’in belirlediği hedeflere en azından kısmen ulaştığımızı düşünüyorum.

- Azerbaycan'da izlenen çokkültürlülük ve hoşgörü politikasının dünyaya örnek olduğunu görüyoruz. Dünyanın bazı ülkelerinde üniversitelerde bu konuyla ilgili derslerin öğretildiğini biliyoruz. Bugünlere gelinceye kadar Azerbaycan'da farklı kültürlerle bir arada yaşama ve hoşgörü hangi aşamalardan geçti?

Azerbaycan’da “çokkültürlülük” politikasının başarısının temel nedenlerinden biri, bu geleneğin halkın tarihî hafızasında yer almasıdır. Azerbaycan her zaman “çok kültürlü” ve “çok dinli” bir devlet olmuştur ve tüm kültürler burada kendilerini her zaman barış içinde koruyabilmişlerdir. İnsanlar bu zenginlikle her zaman gurur duymuştur. Azerbaycan halkının Ulusal Lideri Haydar Aliyev ikinci kez ülkede iktidara geldiğinde “çokkültürlülük politikası”, devlet politikası düzeyine yükseltildi ve bu ilkeler yeni bağımsızlığını kazanan devletin anayasasında tamamen dikkate alındı.

  Bugün Sayın Cumhurbaşkanı İlham Aliyev, küresel ölçekte bir “çokkültürlülük politikası” izleyerek kültürler arası ve dinler arası diyalog için platformlar oluşturmakta. Haydar Aliyev Vakfı'nın Başkanı, Azerbaycan Cumhurbaşkanı I. Yardımcısı Mihriban Aliyeva'nın liderliğinde tüm dünyada hoşgörü doğrultusunda yürütülen projeler bu politikanın açık bir örneğidir. Bugün Azerbaycan'ın çokkültürlülük modeli tüm dünyada kabul görmekte ve öğretilmektedir. Bu konu ders olarak dünyanın önde gelen 23 üniversitesinde öğretilmekte ve öğrenciler tarafından büyük ilgi görmektedir. “Çokkültürlülük” konusunu dinleyen öğrenciler, yılda iki kez düzenlenen “Uluslararası Çokkültürlülük Kış” ve “Uluslararası Çokkültürlülük Yaz Okulları” çerçevesinde ülkemizi ziyaret ediyor ve çokkültürlülüğün Azerbaycan modeliyle yerinde tanışma fırsatı buluyorlar.

- Azerbaycan Devleti, ülkedeki farklı kültürleri ve hoşgörüyü korumak ve yaygınlaştırmak için nasıl bir yol haritası izliyor?

- Öncelikle, Azerbaycan'ın topraklarındaki farklı kültür, dil ve inançları korumakla ilgilenen ve bu yönde aktif bir politika izleyen birkaç ülkeden biri olduğunu belirtmek isterim. Başka bir deyişle, devletimiz sadece bu farklılığa izin vermekle kalmıyor, aynı zamanda onu sürdürmek için maddi ve manevi destek te sağlıyor. Bu, hem kamusal düzeyde, hem de en üst siyasal ve hukuksal düzeyde uygulanan bir politikadır. Azerbaycan gibi, dinî ibadet yerlerinin onarımı (hem Müslüman, hem Yahudi, hem de Hristiyan) ya da insanların kullanması için yenilerini inşa etme gibi bugün dünyadaki nadir ülkelerden örnekler verebilirsiniz. “Çokkültürlülük” bizim manevi zenginliğimizdir ve bu politikanın başarısını tüm dünyaya anlatmaya çalışıyoruz. Cumhurbaşkanı İlham Aliyev'in 2008 yılında başlattığı ‘‘Bakü Süreci” toplantısı bunun en büyük örneğidir. Bakü, “Kültürlerarası Diyalog Forumu”, “Bakü Uluslararası İnsani Forumu”, “Dünya Dini Liderlerin Bakü Zirvesi” ve “BM Medeniyetler İttifakı 7. Küresel Forumu” gibi prestijli forumlara yıllardır ev sahipliği yapmaktadır. Yani, bizim için “çokkültürlülük” politikası statik bir politika değil, bölgesel ve küresel bağlamda barışın garantörlüğüne soyunmaktır.

- Bakü Uluslararası Çokkültürlülük Merkezi, Azerbaycan'ın yabancı ülkelerde tanıtımına ne tür katkılar sağlıyor?

- Bakü Uluslararası Çokkültürlülük Merkezi’nin ana faaliyetleri yabancı ülkelerdedir. Tabii ki, buradaki amaç çokkültürlülük değerlerimizi tanıtmaktır. Merkez’in dünya çapında 9 ülkede ofisleri bulunmaktadır. Hem siyasi, hem de bilimsel çevrelerle yakın işbirliği içinde olan merkezimiz Cumhurbaşkanı tarafından izlenen bu politikayı ve yeni zorunlulukları tanımak için bir dizi büyük ölçekli projeler gerçekleştirdi. Kardeş ülkemiz olan Türkiye'de de gelecekte daha fazla proje hayata geçirmemiz ve Merkez’in faaliyetlerini Türkiye'de daha çok kişiye ulaştırmamız gerektiğini düşünüyorum.

– Azerbaycan’ın 44 günlük haklı müdafaası ile kahramanca kazanılan ve Ermeni işgalinden kurtarılan vatan topraklarında sadece askerî ve sivil bölgelerin değil somut kültürel mirasın da Ermeniler tarafından tahrip edildiğine şahit olduk. Azerbaycan topraklarına yönelik fiili saldırının yol açtığı maddi ve manevi yıkımları dünya kamuoyuna duyurmak adına icracı direktörü olduğunuz Merkezi’in hedefleri neler?

- Ermenistan, 30 yıldır işgal ettiği Azerbaycan'ın tarihî toprakları olan Karabağ'da tüm dünyanın şahit olduğu gibi büyük bir kültürel mirası tahrip etti veya değiştirmeye çalıştı. Bu barbarlığın adı yok. Bu kültürel bir soykırımdır. Konu sadece Türk-Müslüman mirasıyla değil, aynı zamanda Azerbaycan'ın Hristiyan mirasının asimilasyonuyla da ilgilidir. Ne yazık ki, bu olaylar tüm dünyanın gözü önünde gerçekleşti ama kimse bundan bahsetmedi.

  Amacımız Ermeni vandalizmini tüm dünyaya tanıtmaktır. Karabağ'ın tarihî ve kültürel mirasının zenginliğini ve tarihi gerçekleri herkesin dikkatine sunmak temel hedeflerimizden birisidir. Bu yöndeki eylem planımız neredeyse hazır.

  44 günlük  “Vatan Savaşı”ndan sonra Karabağ işgalden kurtarıldı. İşgalden kurtarılan toprakların yanı sıra o büyük kültürel mirası da bizler restore edeceğiz. Elbette Bakü Uluslararası Çokkültürlülük Merkezi bu doğrultuda yürütülen projelerde yakından yer alacak.



Әlaqәli Xәbәrlәr