YTB müsabiqə elan edir: son tarix 30 iyun

YTB Türkcə Mükafatlar Yunus Əmrə Xüsusi Müsabiqəsini təşkil etdiyini açıqlayıb.

1593680
YTB müsabiqə elan edir: son tarix 30 iyun

 

  Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları İdarəsi (YTB) Türkiyə diasporuna aid ədəbiyyatla bağlı yeni təşəbbüslərə təşviq və bu sahədəki istedadları ortaya çıxarmaq üçün YTB Türkcə Mükafatlar Yunus Əmrə Xüsusi Müsabiqəsini təşkil etdiyini açıqlayıb.

  YTB-nin məlumatında müsabiqənin xaricdə yaşayan vətəndaşların türkcə dil təcrübələri və ifadə bacarıqlarını artırmaları, türkcədən həyatlarının bütün sahələrində istifadə etmələri üçün təşkil edilən müxtəlif layihələr çərçivəsində reallışdırılacağı bildirilib.

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 2021-ci ili Yunus Əmrə və Türk İli elan etdikdən sonra YTB Türk Mükafatları Müsabiqəsini bu il YTB Türk Mükafatları Yunus Əmrə Xüsusi Müsabiqəsi adı altında keçirəcək.

  Müsabiqə hekayə, şeir, inşa və kitab dəstəyi daxil olmaqla 4 fərqli kateqoriyada olacaq və uğurlu olan namizədlər müxtəlif mükafatlara layiq görüləcək.

  Müraciət 2021-ci ilin 30 iyun tarixinədəkdir. İştirak etmək istəyənlərin əsərləri tələb olunan sənədlərlə birlikdə bu imeil adresə - turkceodulleri@ytb.gov.tr göndədilməlidir.

  Müsabiqə ilə əlaqədar məlumatları www.ytb.gov.tr ünvanından öyrənmək mümkündür.

 



Әlaqәli Xәbәrlәr