Üç rəngli bayrağım

Azərbaycanın gənc şairi, Prezident təqaüdçüsü Qabil Ədalət “Üç rəngli bayrağım” şeirini eksklüziv olaraq TRT/Azerbaycan saytına təqdim edib

1591965
Üç rəngli bayrağım

 

  Azərbaycanın gənc şairi, Prezident təqaüdçüsü Qabil Ədalət “Üç rəngli bayrağım” şeirini eksklüziv olaraq TRT/Azerbaycan saytına təqdim edib

Üç rəngli bayrağım

Küləyə də yenilməz küləklə yarışanım,
Parlayır başım üstə, günəşə qarışanım,
Azərbaycan yurduna, elinə yaraşanım,
Əbədi sönməyəcək haqdan yanan çırağım,
Ey şanlı, ay ulduzlu, ey üç rəngli bayrağım.

Ordumuzun gücündən ilhamlanıb güc alan,
Bayraqların içində şərəfiylə ucalan,
Zəfərə zəfər qatıb Qarabağa sancılan,
Bölünməz torpağında dalğalanan vüqarım,
Ey şanlı, ay ulduzlu, ey üç rəngli bayrağım.

Elə ucalmısan ki, buludlara tən olub,
Sədan ölkələr gəzir, sərhədlər ötən olub,
Sənin ucalığınla bu vətən Vətən olub,
Bu odlar diyarında alovlanan ocağım,
Ey şanlı, ay ulduzlu, ey üç rəngli bayrağım.



Әlaqәli Xәbәrlәr