71-ci Beynәlxalq Berlin Film Festivalı başladı

Almaniyanın paytaxtı Berlindә bu il yeni növ koronavirus epidemiyası ilә bağlı görülәn tәdbirlәr sәbәbindәn iki hissә şәklindә keçirilәcәk 71-ci Berlin Film Festivalının onlayn qaydada baş tutan ilk hissәsi başladı.

1593393

Bu barәdә Berlin Film Festivalının mәtbuat xidmәtindәn verilәn mәlumatda bildirilib. Mәlumata görә, 71-ci Berlin Film Festivalının 1-5 mart tarixlәrindә keçirilәcәk ilk hissәsindә sektor tәmsilçilәri filmlәri onlayn qaydada izlәyә bilәcәk.

Koronavirusla bağlı görülәn tәdbirlәr sәbәbindәn mәtbuat konfransları keçirilmәyәcәk.

15 filmin yarışdığı festivalda ‘‘Qızıl ayı’’ mükafatına layiq görülәcәk film martın 5-dә açıqlanacaq.

71-ci Berlin Film Festivalının ikinci hissәsi isә 9-20 iyunda baş tutacaq. Festivalın bu hissәsindә tamaşaçılar da iştirak edәcәk. ‘‘Qızıl ağı’’ vә ‘‘Gümüş ayı’’ mükafatları da festivalın bu hissәsindә verilәcәk.

Bu il festivalda 59 ölkәdәn 166 film nümayiş olunacaq. Festivalın ‘‘Panorama’’ hissәsindә Ferit Karahanın ‘‘Okul Tıraşı’’ adlı filmi nümayiş olunacaq.

Almaniyada tәxminәn dörd aydır  koronavirusla bağlı görülәn tәdbirlәr çәrçivәsindә kinoteatrlar fәaliyyәt göstәrmir.

Әlaqәli Xәbәrlәr