Turan cahangiri

Azərbaycan-Türkiyə dostluğu aşiqi, şairə Nəsibə İsrafilqızı 26 fevral Türkiyə prezidenti R.T.Ərdoğanın anadan olması münasibətilə şəninə şeir yazıb və “Turan cahangiri” adlı bu şeirini eksklüziv olaraq TRT/Azerbaycan saytına təqdim edib

1590874
Turan cahangiri

 

  Müasir Azərbaycan poeziyasının vətən, millət, dövlət ruhlu, incə qəlbli, zəngin sözlü şairəsi, Azərbaycan-Türkiyə dostluğu aşiqi Nəsibə İsrafilqızı 26 fevral Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın anadan olması münasibətilə şəninə şeir yazıb və “Turan cahangiri” adlı bu şeirini eksklüziv olaraq TRT/Azerbaycan saytına təqdim edib. Azərbaycan və Türkiyə dostlarının ürək sözlərini ifadə edən bu şeiri HƏM Azərbaycan, həm Türkiyə türkcələrində oxucularla paylaşırıq. 

 

TURAN CAHANGİRİ

Mən aşiq Ərdoğana,

Ər oğlu ər doğana.

Min kərə rəhmət deyək

El üçün nər doğana.

 

Turan cahangiri ey böyük şahım,

Sən - andım, güvəncim, ümid-pənahım!

Sən Tanrı eşqiylə doğan Günəşsən,

Zəfər soraqlıdır azad sabahım,

Sən - andım, güvəncim, ümid-pənahım!

 

Türkiyə qardaşdır Azərbaycana,

Bir ürək qan verir hər iki cana.

Sən Turan elinin Atillasısan,

İlhamım bənzəyir Bayandır xana,

Bir ürək qan verir hər iki cana.

 

Haqqın keşiyində dayanmısan mərd,

Nüfuzun, hörmətin tanımır sərhəd.

Türkmən ellərinin tacidarısan,

"Qulfallahi əhəd, Allahu səməd",

Nüfuzun, hörmətin tanımır sərhəd.

 

Harda məzlum gördün, çatdın dadına,

Gözəllik mənadır Tayyib adına.

Səcdən Rəsulullah, zikrin bir Allah.

Fikrin süvaridir Rəfrəf atına,

Gözəllik mənadır Tayyib adına.

 

Sidqi-dildən qardaş dedin İlhama,

Alqış olsun sədaqətə, inama.

Can-canadır iki dövlət, bir millət.

Əlim yetir hər arzuya, hər kama,

Alqış olsun sədaqətə, inama.

 

Sən xalqa, Vətənə Haqdan ərməğan,

Könlümə ilhamsan, ruhuma dərman.

Mavi nur içində göydən enmisən,

Ey Turan aslanı Tayyib Ərdoğan,

Könlümə ilhamsan, ruhuma dərman!

  Qeyd edək ki, şairə-publisist Nəsibə İsrafilqızı AYB-nin və AJB-nin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, Dünya Azərbaycanlı Yazarlar Qurumunun üzvü, BMT yanında Ümumdünya Sülh Federasiyasının “Sülh səfiri” mükafatçısı, “Vedibasar” qəzetinin redaktoru, YAP-ın üzvü, Azərbaycan Qaçqınlar Cəmiyyətinin Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri, “Ziyalı Xanımlar”ın və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Fəxri üzvü, “El Gücü” Beynəlxalq Humanitar Assosiasiyasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri, “Əsilzadələr Məclisi”nin üzvüdür.

TURAN CİHANGİRİ

Ben aşık Erdoğan’a,

Er oğlu er doğana.

Bin kere teşekkürler,

Halk için ner[1] doğana.

 

Turan cihangiri hey büyük şahım,

Sen andım, güvencim, ümit penahım[2]!

Sen Tanrı aşkıyla doğan güneşsin,

Zafer müjdesidir özgür sabahım,

Sen andım, güvencim, ümit penahım!

 

Türkiye kardeştir Azerbaycan’a,

Bir yürek kan verir her iki cana.

Sen Turan Eli’nin Atilla’sısın,

İlham’ım benziyor Bayındır Han’a,

Bir yürek kan verir her iki cana.

 

Hakkın savunmasında durmuşsun mert,

Nüfuzun, hürmetin tanımaz serhat.

Türkmen ellerinin sen baş tacısın,

“Kul hüvallāhü ahad Allâhu’s-samed”,

Nüfuzun, hürmetin tanımaz serhat.

 

Nerde mazlum görsen, yettin imdada

Güzellik manadır Tayyip adına.

Secden Resulullah, zikrin tek Allah,

Fikrin süvaridir Refref[3] atına,

Güzellik manadır Tayyip adına.

 

Sıdkı dille kardeş dedin İlham’a,

Helal olsun sadakate, imana.

Can canadır iki devlet, tek millet,

Gücüm yeter her arzuya, murada,

Helal olsun sadakate, imana.

 

Sen halka, vatana Hak’tan armağan,

Gönlüme ilhamsın, ruhuma derman.

Mavi nur içinde gökten inmişsin,

Hey Turan aslanı Tayyip Erdoğan,

Gönlüme ilhamsın, ruhuma derman!

 

Türkiye Türkçesine aktaran: Serdar Acar

 

[1] Ner: Yiğit, cesur, kahraman, korkusuz, güçlü, kuvvetli, cesaretli.

[2] Penah: 1. Koruyucu, sığınak. 2. Hami, himayeci, yardım eden. 

[3] Miraç gecesinde Hz. Peygamber’i taşıdığı kabul edilen binek.



Әlaqәli Xәbәrlәr