Amerikada türk televiziya kanalı fəaliyyətə başladı

TASC-dan verilən yazılı məlumata görə...

1584751
Amerikada türk televiziya kanalı fəaliyyətə başladı

 

  Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən Türkiyə-Amerika İstiqamətləndirmə Komitəsi – TASC (Türk Amerikan Yönlendirme Komitesi) ölkədə yaşayan Türkiyə vətəndaşları və soydaşlarını bir araya gətirmək üçün 24 saat fasiləsiz yayımlanacaq TASC TV adlı televiziya kanalı açdı.

  TASC-dan verilən yazılı məlumata görə, "TASC Amerikada yaşayan Türkiyə vətəndaşlarını, türk soydaşları və müsəlman xalqını bir araya gətirərək türk diasporasının səsini daha güclü eşitdirmək üçün yeni bir addım atdı. TASC TV canlı və interaktiv olaraq 7/24 yayımlanmaqla vətəndaşlar arasında rabitələri təmin edəcək görüş nöqtəsi olacaq.

  Test yayımlarına 16 noyabr 2020-ci ildə internet üzərindən başlayan televiziya kanalı ayda 1 milyon tamaşaçı toplayarsa, başda “youtube” olmaqla bütün sosial media platformalarından fasiləsiz yayımlanacaq, daha sonra peyk üzərindən davam edəcək.

  20 fevraldan 24 saat ardı-arası kəsilmədən yayım həyatına başlayacaq televiziya kanalında türk cəmiyyətlərinin problemləri və həll təklifləri ekrana çıxarılacaq, ictimai, siyasi proqramlardan başqa mədəniyyət və dinlə bağlı verilişlər də yer alacaq.

  TASC TV-də türk və Amerika siyasətçiləri, iş adamları danışacaq, bir araya gələcək, QHT-lər öz işlərindən bəhs edəcək, xaricdə uğur qazanmış türklər tanıdılacaq və s."



Әlaqәli Xәbәrlәr