2021-ci ilin "Yunus Əmrə və Türkcə ili" olaraq qeyd edilməsinə dair sərəncam imzalanıb
Prezident Rəcəb Tayyib Ərdoğan 2021-ci ilin "Yunus Əmrə və Türkcə ili" olaraq qeyd edilməsinə dair sərəncam imzalayıb.
Prezident Rəcəb Tayyib Ərdoğan 2021-ci ilin "Yunus Əmrə və Türkcə ili" olaraq qeyd edilməsinə dair sərəncam imzalayıb.
Prezident Ərdoğan "Resmi Gazete"də yer alan sərəncamda Türk dili və mədəniyyətinin təməl daşlarından biri olan Yunus Əmrenin vəfatının 700-cü ildönümü səbəbiylə 2021-ci ilin Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) tərəfindən annım və qeyd olunma ildönümləri sırasına daxil olduğunu bildirib.
Yunus Əmrənin şeirlərində insana və təbiətə sevgi, tolerantlıq, qardaşlıq və sülh məfhumlarından ən təmiz türk dilində istifadə etdiyini və bu şeirlərlə din, dil və irqi ayrı-seçkilik etmədən bütün insanlığa müraciət etdiyini söyləyən Ərdoğan Yunusun qlobal bəşəri dəyərləri üzərində qurduğu fəlsəfəsilə dünya humanizminə töhfələr verdiyini və insanları ortaq dəyərlər ətrafında birləşdirən və hər dövrün şairi olmağı bacardığını bildirib.
2021-ci ilin "Yunus Əmrə və Türkcə ili" olaraq qeyd edilməsi qərarı çərçivəsində müxtəlif tədbirlər keçiriləcək.
Әlaqәli Xәbәrlәr
2024-cü ilin ilk 2 ayında Türkiyəyə ən çox turist hansı ölkələrdən gəlib?
Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin turizm statistikasından toplanan məlumatlara görə ...
Fizika üzrə Nobel mükafatı laureatı vəfat etdi
Bu barədə Edinburq Universitetinin yaydığı bəyanatda bildirilib.