Rəcəb Tayyib Ərdoğan: "Bir çox sahədəki problemlərin kökündə dil dayanır"

Prezident Rəcəb Tayyib Ərdoğan Mədəniyyət və Turizm Nazirliyinin mədəni irslə bağlı mükafatlandırma mərasimində çıxış edib.

1567908
Rəcəb Tayyib Ərdoğan: "Bir çox sahədəki problemlərin kökündə dil dayanır"

"Millət olaraq bizim mədəniyyətlə bağlı məsələmiz varsa buna ilkin planda türkcədən başlamalıyıq".

Bunu Prezident Rəcəb Tayyib Ərdoğan Mədəniyyət və Turizm Nazirliyinin mədəni irslə bağlı mükafatlandırma mərasimində danışarkən deyib. 

“Milli kimliyimizin və yaddaşımızın daşıyıcısı olan türkcəmizə təəssüf ki, layiqincə diqqət yetirmirik. Dillərini qorumayan millətlər, kökləri quruyan ağaclar kimi küləklər qarşısında yıxılmağa məhkumdur” deyən dövlət başçısı bir çox sahədəki problemlərin kökündə dilin dayandığını, dilimizə layiq olduğu diqqət və qayğını göstərmədən digər məsələlərdə məsafə qət edə bilməyəcəyimizi vurğulayıb.
Prezident Ərdoğan Türkiyədə mütəxəssislərin mədəniyyət hadisələrini çox vaxt dil məsələsi xaricində dəyərləndirdiklərini, amma bunun səhv düşüncə olduğunu sözlərinə əlavə edib.



Әlaqәli Xәbәrlәr