‘‘Diyarbәkirin UNESKO-nun ‘’Yaradıcı Şәhәrlәr Şәbәkәsi’’ siyahısına daxil olmasını arzulayırıq’’

Bu barәdә Diyarbәkir valisi Münir Karaloğlu bәyanat verib.

1565419
‘‘Diyarbәkirin UNESKO-nun ‘’Yaradıcı Şәhәrlәr Şәbәkәsi’’ siyahısına daxil olmasını arzulayırıq’’

 

Diyarbәkir valisi Münir Karaloğlu 2021-ci ilin Diyarbәkir ili olmasını istәdiklәrini ifadә edәrәk şәhәrin UNESKO-nun  ‘‘Yaradıcı Şәhәrlәr Şәbәkәsi’’ siyahısına daxil olması üçün  müraciәt etmәyә hazırlaşdıqlarını deyib.

Karaloğlu ‘‘Mesopotamiyanın qızıl üçbucağı’’ olaraq adlandırılan Diyarbәkir, Mardin vә Şanlıurfa olmadan mәdәniyyәt, inanc vә qastranomiya tarixinin yazıla bilmәyәcәyini vurğulayıb.

Karaloğlu hazırda böyük turoperatorlarının Diyarbәkir, Mardin vә Şanlıurfanı әhatә edәn turlar satmağa başladığını bildirib.

Münir Karaloğlu deyib: ‘‘2021-ci ilin Diyarbәkir ili olmasını arzulayırıq. UNESKO Yaradıcı Şәhәrlәr Şәbәkәsinә müraciәt etmәk üçün hazırlaşırıq’’.



Әlaqәli Xәbәrlәr