Nəmrud dağını 5 ildə 550 min nəfər ziyarət edib

UNESCO-nun Dünya Mədəniyyət İrsi siyahısında yer alan Adıyaman vilayətinin Kahta qəsəbəsi ərazilərindəki Nəmrud dağı 5 ildə 530 min ziyarətçiyə ev sahibliyi edib.

1557820
Nəmrud dağını 5 ildə 550 min nəfər ziyarət edib

Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış qurumu UNESCO-nun Dünya Mədəniyyət İrsi siyahısında yer alan Adıyaman vilayətinin Kahta qəsəbəsi ərazilərindəki Nəmrud dağı 5 ildə 530 min ziyarətçiyə ev sahibliyi edib.

Şərq və qərb mədəniyyətlərinin kəsişmə nöqtəsində yerləşən, abidə məzarı, nəhəng heykəllərilə yanaşı 2 min 150 metr yüksəkliyi ilə "Günəşin doğuşunun və qürubun dünyada ən gözəl izləndiyi yer" olaraq tanınmış Nəmrud dağı hər il minlərlə turistə ev sahibliyi edir.

Nəmrud dağı Kommagene Krallığına aid 50 metr hündürlüyü 150 metr diametrli təpələri olan bir çox nəhəng əsərlərə ev sahibliyi edir.

Nəmrud dağına qalxan qonaqlar təqribən 40 dəqiqə davam edən 800 metrlik bir yürüşdən sonra bənzərsiz günəşin doğuşunu və gün batışını izləmək imkanı əldə edirlər.

Nəmrud dağı 2016-cı ildə təxminən 50 min, 2017-ci ildə 100 min, 2018-ci ildə 130 min, 2019-cu ildə 200 min, 2020-ci ildə isə yeni növ koronavirus (Covid-19) epidemiyası səbəbiylə 50 min nəfər ziyarət edib.



Әlaqәli Xәbәrlәr