"2021 Axel Springer" mükafatının sahibi bəlli oldu

Almaniyanın rəqəmsal media quruluşu "Axel Springer 2021" şərəf mükafatına yeni növ koronavirus əleyhinə peyvəndi hazırlayan Özləm Türəci və Uğur Şahin layiq görüldü.

1551869
"2021 Axel Springer" mükafatının sahibi bəlli oldu

Media təşkilatının açıqlamasında: “Xərçəng araşdırmalarındakı müvəffəqiyyətləri insanları xilas etməyə kömək edə bilər. Lakin BioNTech-in qurucuları indi "Covid-19" əleyhinə peyvənd ilə dünyaya ümid bəxş edirlər”.

"Axel Springeri"n meneceri (CEO) Mathias Döpfner də açıqlamasında: “Mükafat, hərəkətləri ilə rol model olanları şərəfləndirməyi hədəfləyir. 2021-ci il üçün Özləm Türəci ve Uğur Şahindən daha yaxşı rol model nümunəsi ola bilməz. Onların "Covid-19" əleyhinə hazırladıqları "mRNA" peyvəndi dünyadakı insanları xilas edəcək potensiala malikdir. Onlara ən səmimi hisslərimlə təbrik edirəm”.

 Qeyd edək ki Mükafat mərasiminin 2021-ci ilin yay fəslində keçirilməsi planlaşdırılır. İqtisadi dəyəri olmayan mükafata "SpaceX" və "Tesla" şirkətlərinin baş direktoru Elon Mask və "Facebook"un qurucusu Mark Zukerberq də layiq görülüb.

 



Әlaqәli Xәbәrlәr